
Bu ilin yanvar ayı ərzində Azərbaycana Meksikadan 180 milyon 208 min dollar dəyərində məhsul idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın ümumi idxalında Meksikanın payı 8,8%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Meksikadan idxalın həcmi dəyər ifadəsində 39 dəfə artıb. Belə ki, ötən ilin yanvar ayı ərzində Azərbaycana Meksikadan 4,6 milyon dollarlıq məhsul gətirilib ki, bu da ümumi idxalın cəmi 0,4%-ni təşkil edib.
Meksikadan Azərbaycana idxalın bu cür kəskin artmasından sonra, bu ölkə Çin, Rusiya və Avstraliyadan sonra idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub.