Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                 

Milli Məclisdən tətilə, yoxsa? - SORĞU
Tarix: 2-05-2025, 08:40 | Çap et
Milli Məclisdən tətilə, yoxsa?
Bir vaxtlar parlamentdə təmsil olunan şəxslər Milli Məclisin VII çağırışında mandat əldə edə bilmədilər. Onlardan bəzisi seçilmədi, digərləri isə ümumiyyətlə, seçkiyə qatılmadı. Başqa bir kateqoriya da yarandı - özü parlamentdə oturmasa da, ailə üzvləri onların dairəsindən mandat qazana bildi.

Sabiq deputatların hazırda nə işlə məşğul olması isə bir çoxunun marağına səbəb olur. Onların arasında siyasi fəaliyyətini davam etdirənlər də, özünü pedaqoji sahəyə, yaradıcılığa yönləndirənlər də var.

“Qafqazinfo” VI çağırış Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib, onların necə deyərlər, harada işlədiyi ilə maraqlanıb.

V və VI çağırışda parlamentdə təmsil olunan Tahir Kərimli saytımıza açıqlamasında bildirib ki, hazırda əsas işi sədri olduğu “Vəhdət” Partiyası ilə əlaqədardır, amma kifayət qədər boş vaxtı da olur: “Əlbəttə deputatlıqdan çıxdıqdan sonra bir sıra məsələlər baş verdi. Məsələn, deputat olanda partiyamız dövlət vəsaiti alırdı. Bu, müəyyən ştatın və rayon şöbələrinin saxlanılmasına kömək olurdu. Vəsait kəsiləndən sonra, təbii ki, yeni şəraitə uyğunlaşmaq lazım gəldi. Demək olar ki, bu məsələləri həll etmişik, partiyamızı tərk edən yoxdur. Qısaca desək, partiya işləri ilə məşğulam, ara-sıra müsahibələr verirəm. Düzü, müsahibə verməyə elə də maraqlı deyiləm. Hazırda rayondayam, amma Bakıya qayıdacağam. Yəni həm paytaxtda, həm də rayonda oluram. 1 ay ərzində 3 roman oxumuşam. Əvvəllər bədii qiraətə vaxt olmurdu, indi müatiləyə və ailəyə daha çox zaman ayırmaq olur”.

6 çağırış deputatı olub, bu dəfə isə əvəzinə qızı Günay Ağamalı millət vəkili seçilən Fəzail Ağamalı da rəhbəri olduğu “Ana Vətən” Partiyasına sədrliyi davam etdirir: “Aktiv olmasa da, siyasi proseslərin içərisindəyəm. Bununla yanaşı, həm də özümün və ailəmin şəxsi qayğıları ilə məşğul oluram. Əsasən ölkə daxilində oluram, səhhətimlə, müayinəmlə əlaqədar Türkiyəyə gedirəm. Əslində elə partiya sədri kimi aktiv siyasətin içindəyəm. Milli Məclis geniş bir fəaliyyət sahəsidir. Əlbəttə, siyasi partiya işi ilə parlamenti müqayisə etsək, Milli Məclisdə fəaliyyət daha əhatəli, aktiv özünü göstərirdi. Hazırda partiyamızı parlamentdə Günay xanım təmsil edir. “Ana Vətən” Partiyası Yeni Azərbaycan Partiyası ilə birlikdə Milli Məclisdə I çağırışdan təmsil olunan partiyadır. Bu gün Günay xanım artıq Milli Məclisdə özünü ifadə etməyi bacarır. Plenar iclas və komitə toplantılarında zəruri olduqda fikirlərini ortaya qoyur. O, artıq böyük siyasətə doğru ciddi addımları atmaqdadır. Passivliyi yoxdur və yersiz aktivliyi də görünmür”.

Budəfəki parlament tərkibində ailə üzvü təmsil olunan eks-deputatlardan biri də Sabir Rüstəmxanlıdır. Ötən il onun yerinə həyat yoldaşı Tənzilə Rüstəmxanlı mandat qazana bilib. S.Rüstəmxanlı isə partiya işləri ilə yanaşı, bədii yaradıcılığa da vaxt ayırdığını qeyd edir: “Ömür boyu nə işlə məşğul olmuşamsa, heç bir dəyişiklik yoxdur. Yazı-pozu, kitablarımı çap etdirirəm və ədəbi prosesdə iştirak edirəm. Bir sözlə, şair ömrü necə olmalıdır? Düzü, heç şair ömrü yaşadıqmı ki? Gənclik illərində qayğılardan başımız açılmadı, sonra da siyasət, müstəqillik uğrunda gedən mübarizələr başımızı qarışdırdı. İndi-indi başım açılır ki, ədəbi fəaliyyətimlə məşğul olum. Siyasətdən geri çəkilməmişəm, partiyada işimi davam etdirirəm. Amma partiyada elədir ki, iş o qədər çətin deyil”.

Sadəcə bir çağırışda Milli Məclisdə təmsil olunan Etibar Əliyev ictimai əsaslarla UNEC-in nəzdində Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri kimi çalışır: “Hələlik pedaqoji fəaliyyətlə məşğul deyiləm, lakin fəlsəfə üzrə fəlsəfə doktoruyam, bir neçə kitabın müəllifiyəm. Lakin ehtimal edirəm ki, ali məktəblərə fəlsəfə və etika fənninin tədrisi üçün müraciət edəcəyəm. Yəqin ki, ali məktəblər nəzərə alarlar və mən öz pedaqoji fəaliyyətimlə məşğul olaram. Xeyli siyasətçilər var. Mən 2020-ci ildə deputatlığa seçiləndə aktiv siyasətçi olmamışam. Kimsə deputat statusunu qazanırsa, dərhal deyirlər ki, siyasətçidir. Siyasət çətin elmlərdən biridir. Elə bir situasiya yaranır ki, istər-istəməz siyasət çevrəsinə daxil olursan. Amma insanların şəxsi peşəsi var, biri pedaqoq, biri həkim, biri iqtisadçıdır. Mən həmişə öz peşəmin çevrəsində olmuşam”.

Dörd çağırış deputatı Rüfət Quliyev də elmlə məşğul olduğunu deyir: “Kitablar yazıram, məsləhətlər verirəm, elmlə məşğulam. İki-üç nəfər doktorluq dissertasiyası yazanlar var, onların elmi rəhbəri, məsləhətçisiyəm. Həmçinin “CBC” telekanalında iki verilişim var. Həftədə 35-40 saatlıq iş rejimim var. Asudə vaxtlarımda isə ya kitab oxuyuram, ya da filmə baxıram”.

Sonuncu seçkiyə qədər dörd çağırış deputat olan Vahid Əhmədov Milli Məclisdə etdiyi çıxışlar və təkliflərlə daim gündəmdə olub. İxtisasca iqtisadçı olan V.Əhmədovun hazırda hansı fəaliyyət sahəsi ilə məşğul olduğunu öz dilindən öyrənə bilməsək də, deyə bilərik ki, o, mediada aktual mövzularla bağlı ekspert kimi fikirlərini bildirir. Mütəmadi olaraq Türkiyəyə gedib-gələn sabiq deputat səhhətinin pis olması ilə bağlı yayılan informasiyaları təkzib edib.

V.Əhmədovun adı zaman-zaman oğlu ilə bağlı da çəkilir. Belə ki, Qaradağ rayon prokuroru işləyən Zəfər Əhmədov ötən ay Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Söhbətləşdiyimiz millət vəkillərindən başqa, təyinatı göz qabağında olanlar da var. Belə ki, seçkidən sonrakı müddətdə bir neçə deputat müxtəlif vəzifələrə təyinat alıb.

Jalə Əhmədova hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. O da sadəcə bir çağırışda parlamentdə təmsil olunub.

Dörd çağırış deputatı və VI çağırışda isə vitse-spiker olan Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Yalnız bir çağırışda millət vəkili olan Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindədir.

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyətini davam etdirir. İ.Həbibbəyli isə dörd çağırışda parlamentdə təmsil olunub.

Bir çağırış deputatlarından olan Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Bəxtiyar Sadıqov isə “Azərbaycan” qəzetinin baş redaktorudur. O, beş çağırış Milli Məclisdə təmsil olunub.

Bununla yanaşı, Milli Məclisə digər səbəblərdən vida edənlər də var. Məsələn, həbs, ölüm kimi...

2021-ci ildə polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə həbs edilən eks-deputat Eldəniz Səlimov bu il fevralın 3-də azadlığa buraxılıb. O isə V və VI çağırışda millət vəkili ola bilib.

Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili xəstəlikdən əziyyət çəkirmiş.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib.

Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə həmin ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

Parlamentin VII çağırışında təmsil olunmayanlar siyahısında Vasif Talıbov, Oqtay Əsədov, İqbal Məmmədov kimi adlar da var.

27 il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 29 il isə Milli Məclisin deputatı olan Vasif Talıbovun sədr kimi istefasından öncə ailə üzvlərinin adında olan bir sıra holdinq və şirkətləri əllərindən çıxıb. Hazırda isə onun hansı işlə məşğul olması ilə bağlı məlumat yoxdur.

15 il parlamentə sədrlik edən Oqtay Əsədov sonuncu növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyənlərdəndir. Onun vəzifə pilləsində enişi 2020-ci ildə yenidən sədr postuna seçilməməsi ilə başladı. Barəsində təfərrüatlı məlumat əldə etmək mümkün olmasa da, səhhəti ilə əlaqədar olaraq Əsədovun daha çox Türkiyədə olduğu bildirilir.

2022-ci ildə 10 milyon manatadək vergi borcu olan və onun 8 milyon manatdan çoxunu 15 günün içində ödəyən İqbal Məmmədov da bu dəfə parlamentari ola bilməyib. Onun da hazırda harada və nə işlə məşğul olması ilə bağlı informasiya əldə etmək alınmayıb.

İ.Məmmədov bir neçə il əvvəl gündəmə sahibi olduğu “Relax” istirahət mərkəzində düşən dava ilə gəlmişdi. Belə ki, onun oğlu və qardaşı oğlu Dövlət Vergi Xidmətinin əməkdaşlarına hücum etdiklərinə görə məsuliyyətə cəlb edilmişdilər. Bu, siyasətçinin imicinə ciddi zərbə vurub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru