Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
 Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da, tərəflər yekun sazişlə bağlı masaya oturmayıblar. Son günlərdə isə ümumiyyətlə tərəflər arasında sülh müzakirələrinin səngidiyi, görüşlərin əvvəlki intensivlikdə olmadığı müşahidə olunur. Hansısa müddəa üzərində danışıqların getmədiyi görüntüsü yaranır.
Ancaq ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, müzakirələr aktiv şəkildə davam edir. Simonyan tərəflərin müstəqil şəkildə 17 bəndi razılaşdırmağa nail olduqlarını xatırladıb və prosesin tamamlanacağına ümid etdiyini bildirib. Həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur: "Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Almatı Bəyannaməsi əsasında baş verəcək". O, Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndi yaxınlığındakı sərhəd sahəsi razılaşmasını "böyük qələbə" adlandırıb: "Bu sahənin delimitasiyası sayəsində biz Ermənistanın müstəqilliyinin əsaslarından birini əldə etdik. Bura iki tərəfin də tanıdığı sərhəddir. Orada sərhədçilər dayanır və delimitasiya aparılmayan sahələrə nisbətən daha təhlükəsizdir". Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da yeni Konstitusiya layihəsinin mətninin işlənmə mərhələsində olduğunu açıqlayıb. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə gəlincə, nazir bildirib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər.
Sülh müzakirələrini "Sherg.az"a dəyərləndirən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib ki, həm Ermənistan, həm də Azərbaycan tərəfindən danışıqların dayanmadığı, davam etdiyi barədə məlumatlar verilir. Professorun sözlərinə görə, heç şübhəsiz, aparılan danışıqların, davam edən prosesin müəyyən nəticəsi olmalıdır:
"Hazırda sülh danışıqları prosesi ilə yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası prosesi də gedir. Ermənistan parlamentinin rəhbəri A.Simonyanın açıqlamaları buna dəlalət edir. Simonyan Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin getdiyini vurğuladı. Ancaq sülh müqaviləsinin imzalanması istiqamətində hələlik bir dayanma, tormozlanma hiss olunmaqdadır. Ermənistan tərəfi Azərbaycanın demək olar ki, əksər tələbini qəbul etsə də, hələ qəbul olunmayan iki əsas tələbimiz var. Onlardan biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla bağlı müddəanın çıxarılması, Konstitusiyada Müstəqillik Aktına istinadın aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Minsk qrupunun öz fəaliyyətini dayandırması üçün müraciət həm Ermənistan, həm də Azərbaycan tərəfindən eyni vaxtda edilməlidir. Bu iki tələblə bağlı İrəvan konkret addımlar atmayıb, amma digər məsələlərlə bağlı az da olsa irəliləyişlər var". Ə.İbrahimov düşünür ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisindən sonra Konstitusiyada dəyişiklik edilməsinin şahidi olacağıq: "2026-cı ildəki seçkilərdən sonra sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı barədə qəti proqnoz vermək mümkündür. Fikrimcə, Ermənistan hökuməti indiki şəraitdə, seçkilər ərəfəsində bu məsələyə yaxın durmayacaq. Yəni Konstitusiyada dəyişiklik edilməsinə getməyəcək. Məhz o səbəbdən sülh sazişinin 2026-cı ildən sonra imzalanması mümkün ehtimaldır. Azərbaycan haqlı olaraq Konstitusiyada yer alan ərazi iddialarını sülhə əsas maneələrdən biri sayır. Ermənistan Konstitusiyasında dəyişiklik olmazsa, istənilən vaxt hakimiyyət dəyişikliyi nəticəsində yenidən Azərbaycan ərazilərinə iddialar başlaya bilər. Danışıqların sürətinin aşağı olmasına baxmayaraq, prosesin ümumən davam etdirilməsi inam yaradır ki, gələcəkdə, hardasa iki ildən sonra sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılacaq. Nəzərə alaq ki, regionda və qlobal səviyyədə baş verən hadisələrin də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına ciddi təsirləri danılmazdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44 |
|
|
|
• İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28 |
|
|
|
|