
ABŞ-İran danışıqlarının növbəti raundunun keçirilməsi məsələsi sual altındadır.
Tribunainfo.az xəbər verir ki, Omanda aparılan danışıqların davam etdirilməsi ilə əlaqədar tərəflər gün təyin edə bilmirlər.
Qeyd edək ki, Vaşinqton bir neçə gündür İrana xəbərdarlıq edərək, hədələməkdən də çəkinmir. Prezident Tramp son açıqlamasında bəyan edib ki, ABŞ İranın nüvə obyektlərini vuraraq, darmadağın edə bilər.
Elə İran da dinc oturmur. Gah yeni silahlarını nümayiş etdirir, gah da təhdid dilini işə salır. Dünən SEPAH-ın komandanı Hüseyn Səlami bəyan edib ki, onlara hücum olacaqsa, vuracaqlar. “Düşmən hansı nöqtədən bizə hücum edəcəksə, həmin nöqtələrin hamısı bizim üçün hərbi hədəf olacaq. Həmin ölkə ilə münasibətlərimizin hansı səviyyədə olmasının məsələyə heç bir aidiyyatı olmayacaq”.