
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 40 min manatlıq benzin alıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azpetrol Ltd MMC ilə müqavilə bağlayıb.
32gun.az-ın məlumatına görə, Müqaviləyə əsasən, Agentlik Aİ-95 markalı benzinin satın alınmasına 40.000 manat ayırıb.
Yanacağın hansı nəqliyyat vasitələri üçün istifadə ediləcəyi barədə məlumat açıqlanmayıb. Müqavilə dövlət satınalmaları portalında yerləşdirilib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevdir.
"Azpetrol LTD" MMC-nin baş direktoru Ceyhun Məmmədovdur.