![Prezident Administrasiyasının daha iki şöbə müdiri vəzifəsindən alınır Prezident Administrasiyasının daha iki şöbə müdiri vəzifəsindən alınır](/uploads/posts/2014-06/thumbs/1401887668_0001.jpg)
DİA.AZ: - Prezident Administrasiyasında növbəti kadr islahatı gözlənilir. Bununla bağlı DİA.AZ-a məlumatlı mənbələr informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, eyni vaxtda PA-nın iki şöbə müdiri görəvindən alınacaq. Onların kimliyi ilə bağlı məlumat verilməsə də, bildirilir ki, PA-ya sabiq deputatlardan birinin gətirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bu günlərdə PA-nın şöbə müdirlərindən biri - Elnur Aslanov tutduğu vəzifəsindən azad edilmişdi. Sonradan ona Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iş verildi.