"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                 

Bu binanın qapıları daha bir deputatın üzünə bağlı qalacaq... - Biznesmen deputatdan şikayət var
Tarix: 10-09-2015, 12:37 | Çap et
Bu binanın qapıları daha bir deputatın üzünə bağlı qalacaq...
Parlamentin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş deputatı, "ÇUM" adı ilə məşhur olan Mərkəzi Univermağın (MUM) sahibi Ərəstun Cavadovun adı son zamanlar mətbuatın gündəmindən düşmür. Belə ki, qüvvədə olan qanunların vəzifə sahiblərinin, məmurların, eləcə də millət vəkillərinin bizneslə məşğul olmasını qadağan etməsinə baxmayaraq, Ərəstun Cavadovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq deputat özünü yeni istehsal sahələrində sınamaq qərarına gəlib.

Mənbə Vertikal.az-a açıqlamasında iddia edir ki, millət vəkili seçildiyi gündən bir dəfə də olsun parlamentin istər plenar, istər komitə iclaslarında çıxış etməyən, beynəlxalq əlaqələr sahəsində heç bir iş görməyən, seçicilərlə təmasdan yayınan və bu səbəbdən yenidən deputat seçilməsi sual altına düşən Ərəstun Cavadov yenidən aktiv biznes fəaliyyətinə başlayıb. Əldə etdiyimiz bilgilərdə MUM-un sahibinin elektrik avadanlıqları istehsal edən şirkət yaradacağı və bu sahədə inhisarçılıq mövqeyi ilə çıxış edəcəyi deyilir: "Ərəstun Cavadovun quracağı yeni şirkətin adı hələlik bəlli olmasa da, şirkətin elektrik transformator istehsalı və satışı, quraşdırılması, sınağı və təmiri ilə məşğul olacağı qeyd olunur. Eyni zamanda, yeni açılacaq zavodda vakuum açarlarının və paylayıcı elektrik şkafların istehsalı, quraşdırılması və sınağı da həyata keçiriləcək". Deputatın "ÇUM"un icarədarlarına əlavə problemlər yaratdığını deyən məlumatlı şəxs bildirir ki, Ərəstun Cavadov ürəyi istədiyi vaxt icarə haqqını artırır: "Bu isə icarədarların haqlı etirazına səbəb olur. Bundan başqa, deputat həmçinin, "ÇUM"da çalışanların işinə də müdaxilə edir. Odur ki, artıq icarədarlar onun əməllərindən təngə gəliblər". Yeri gəlmişkən, qeyd edək ki, Ərəstun Cavadov vaxtilə "Modalar Atelyesi"nin müdiri işləmiş Hidayət Abbasovun pulunu yeyib. Bu barədə Hidayət Abbasovun özü təxminən, 4 il öncə mətbuata verdiyi açıqlamasında ətraflı məlumat verib. Onun sözlərinə görə, özəlləşmə zamanı Ərəstun Cavadov Mərkəzi Univermağın nəzdində fəaliyyət göstərən "Modalar Atelyesi"ni də ələ keçirmək istəyib. Bu məqsədlə o, əvvəlcə Hidayət Abbasovu ixtisar adı altında işdən çıxarıb. Daha sonra kollektivi də nəzərə almayan Ərəstun Cavadov atelyeni özəlləşdirib. Hidayət Abbasov bildirib ki, işdən çıxarılandan sonra Ərəstun Cavadov atelyedə ona biçici vəzifəsi təklif edib. Deputat bununla Hidayət Abbasovu sakitləşdirməyə çalışıb. Hidayət Abbasov da işsiz qalmamaq üçün müvəqqəti olaraq təkliflə razılaşıb. İki-üç ay atelyedə biçici işləyən Hidayət Abbasov bu müddət ərzində dəfələrlə Ərəstun Cavadovun təzyiqləri ilə üzləşib: "Mənim üstümə adamlar göndərirdi, işimə mane olurdu. Başa düşdüm ki, burada işləməyimi istəmir. Çünki özəlləşdirmə məsələsində iddialı olduğumu bilirdi. Uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlumun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün Ərəstun Cavadova 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. Ərəstun Cavadov həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən "Modalar Atelyesi"ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişəm. Lakin sonradan Ərəstun Cavadovun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də Ərəstun Cavadov faktiki olaraq müdiri olduğum "Modalar Atelyesi"ni, 3300 dollar pulumu və 11 çekimi vermədi".

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə o da deyilir ki, son zamanlar biznesmen-deputat Ərəstun Cavadovla Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev arasında ciddi münaqişə yaşanır. "Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da, son bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir" deyən məlumatlı şəxsin iddiasına görə, buna səbəb icra başçısının millət vəkilinin onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir: "İcra başçısı hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən çox ciddi informasiyaların yayılmasında məhz Ərəstun Cavadovun əli olub. Bu isə tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Deyilənrlərə görə, məhz buna görə də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı bir müddət əvvəl rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq onlara qarşıdan gələn parlament seçkilərində Ərəstun Cavadovu müdafiə etməməyi tapşırıb". Mənbə həmçinin, onu da qeyd edir ki, "ÇUM" sahibinin ardıcıl olaraq üçüncü dəfə deputatlığa namizədliyini irəli sürməsi Ağsu sakinlərini hiddətləndirib: "Çünki Ərəstun Cavadov deputat mandatı daşıdığı bu on il ərzində seçildiyi Ağsu rayonunun fermerləri, iş adamları və sadə vətəndaşları üçün heç bir iş görməyib. Əksinə, o, əlində olan imkanları rayon əhalisinə qarşı bir çox haqsızlıqlar törətməyə yönəldib. Bu haqsızlıqlar isə ilk növbədə rayon iqtisadiyyatının bir çox sahələrinə nəzarətin Ərəstun Cavadov tərəfindən ələ keçirilməsində özünü göstərib. Bu tendensiya sonda Ağsuda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının ciddi ziyan görməsinə gətirib çıxarıb. Belə ki, təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm sahələrini də ələ keçirən Ərəstun Cavadov bu cür əməlləri ilə Ağsu əhalisinin kəskin etirazına səbəb olub. Bu arada, bir məqamı da diqqətinizə çatdırım ki, son vaxtlar Ərəstun Cavadovun Mərkəzi Univermağın rəhbəri kimi bir sıra qanun pozuntularına yol verdiyinə dair iddialar irəli sürülməkdədir. Belə ki, həmin bilgilərdə deputat qızıl bazarını inhisara almağa cəhd göstərməkdə, aylıq dövriyyəsi milyon manatlarla ölçülən Mərkəzi Univermağı dövlət büdcəsinə vergi ödəmələrindən yayındırmaqda, qeyri-qanuni fəaliyyət göstərən zərgərlik emalatxanaları yaradılmasında və bir çox digər neqativ hallarda suçlanır…"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru