![Beyləqanın icra başçısı vəzifəsindən alınır... Beyləqanın icra başçısı vəzifəsindən alınır...](/uploads/posts/2016-01/thumbs/1452160818_0001.jpg)
DİA.AZ: - Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev vəzifəsindən azad ediləcək.
DİA.AZ-a bu barədə hökumətdəki mənbələrdən informasiya daxil olub.
Xəbərdə deyilir ki, yaxın vaxtlarda bununla bağlı müvafiq sərəncam ictimailəşəcək.
Mənbə bildirir ki, eyni zamanda daha 3 rayonun da rəhbərliyində dəyişiklik gözlənilir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...