Azərbaycanın öldürülən vəzifəliləri - ARAŞDIRMA!
Tarix: 11-01-2016, 14:29 | Çap et
![Azərbaycanın öldürülən vəzifəliləri Azərbaycanın öldürülən vəzifəliləri](/uploads/posts/2016-01/thumbs/1452508132_0001.jpg) Xəbər verildiyi kimi, Bakıda taxıl kombinatının direktoru qətlə yetirilib. Belə ki, bu il yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Dərhal polis və prokurorluq əməkdaşlarının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qaynar.info-nun araşdırmasına görə, bu son illərdə qətlə yetirilən ilk vəzifəli şəxs deyil. Belə ki:
2004-cü il sentyabrın 1-də səhər Bakı şəhər sakini Fizuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.
Çox keçmədən qətlin digər təfərrüatları da məlum olub. Məlumata görə, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması İsgəndərovun müqavimət göstərməsindən xəbər verir. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib.
Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.
Məlum olub ki, qətlə yetirilən 50 yaşlı Fizuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.
Sonradan onun xanımı tərəfindən qətlə yetirildiyi məlum olub.
2014-cü ilin ilin yayında “Qarant Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Natəvan Əliyeva qətlə yetirilib. Bu barədə həmin vaxt Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, polis və FHN əməkdaşları tərəfindən “Qarant Sığorta” əməkdaşının mənzilinə baxış zamanı onun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
2015-ci ilin aprelində “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov qətlə yetirilib. O, həm də Milli Məclisin şöbə müdiri Adilə Abbasovanın qardaşı oğlu imiş.
Azər Məmmədov “Avropa” otelindəki davada bıçaqlanaraq qətlə yetirilib.
Yenə ötən ilin iyununda Abşeron rayonunda baş verən dəhşətli qətl hadisəsi isə ölkədə böyük rezonans doğurub. Saray qəsəbəsində yaşayan, qəsəbə bələdiyyə sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb.
Hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov bu gecə qətlə yetirilib. Onun boğazında və bədəninin bir neçə nahiyyəsində bıçaq xəsarətləri olub.
Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu ilin noyabrında isə Ağsu rayonunun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını bıçaqlayaraq qətlə yetirib.
Məlum olub ki, K.Şirinovla E.Eyyubova 3 il əvvəl boşanıb. Onların nikahından 2 azyaşlı körpəsi qalıb.
Boşandıqdan sonra onlar arasındakı münasibətlərdə gərginlik davam edib. Hətta E.Eyyubova keçmiş həyat yoldaşının aliment ödəməməsinə görə məhkəmə qarşısında iddia qaldırıb və məhkəmənin hökmü ilə 32 yaşlı Kabus 20 sutka müddətinə inzibati həbsə məhkum edilib.
Oktyabrın 21-də həbsdən çıxan Kabus yenidən qonşu kəndə, keçmiş həyat yoldaşının evinə gedib. Uşaqlarını görmək üçün E.Eyyubovanın evinə gedən K.Şirinov burada onunla dalaşıb və münaqişə zəminində bıçağa əl atıb.
Qeyd edək ki, qətlə yetirilən qadın rayonun Hacıqədirli kəndində yerləşən 4 illik orta məktəbin direktoru imiş.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
|