Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... - Varlığa nə darlıq...
Tarix: 8-04-2016, 08:25 | Çap et
![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089526_0001.jpg) Ötən ayın əvvəllərində Arqument.Az-a Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevlə bağlı ilginc informasiya daxil olub.
Məlumatda generalın Şağan qəsəbəsində inşa olunan "Şağan- SİTİ” yaşayış komleksinə bitişik bir hektar yarım ərazidə özünə 10 milyon manatlıq malikanə tikdirdiyi iddia edilir. Həmçinin qeyd olunurdu ki, bu ərazidə torpağın minimal qiyməti on min manatdır.
Mənbə bildirir ki, təkcə torpağa 1.5 milyon manat xərcləyən general Abdullayev malikanənin dizayn və layihəsini Dubay Əmirliyində hazırlatdıraraq 300 min manatdan artıq vəsait xərcləyib.
Qeyd olunur ki, malikanənin ümümi ərazisi 4200 kvadratmetrdir: "Bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanə əsasən 3 mərtəbədən ibarətdir. Malikanənin baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədir. Burada istifadə olunan kafel və metlaxlar Yunanıstandan gətirilib".
Məlumatda o da vurğulanır ki, malikanənin fasad hissəsinə istifadə olunan ağlay üzlüyə ümumilikdə 250 min manat xərclənib: "Qarşısındakı 200 kvadrat metrlik hovuz və fəvvarələrə isə 100 min manat civarında xərc çəkilib. Malikanənin pəncərə və oval vitrajın şüşələri Türkiyə istehsalıdır. Qeyd edək ki, bu oval şüşələrin kvadrat metri montajla birlikdə 400-600 manat arasıdır".
Arqument.Az-a məlumat verən mənbə sözügedən malikanənin fotogörüntülərini də təqdim edib.
Məlumatı dəqiqləşdirmək üçün Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin zəngimizə cavab verən xanım əməkdaşı bildirdi ki, qurumun rəsmi email poçtuna sorğu göndərilməlidir ki, qarşı tərəf məsələyə münasibət bildirsin.
Bundan sonra, yəni 9 mart 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi email ünvanına ([email protected]) və general Əsgər Abdullayevin şəxsi emailinə ([email protected]) sorğu göndərdik. Komitədən Arqument.Az-a bildirildi ki, qarşı tərəfin 15 gün müddətində sorğuya cavab vermək hüququ var. Lakin 15 gündən artıq vaxt keçsə də, sorğumuza cavab verilmədi.
Yenidən Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən Arqument.Az-a bildirdilər ki, sorğuya texniki səbəblərdən cavab verilməyib və sorğunun yenidən Gömrük Komitəsinin emailə göndərilməsini xahiş etdilər. Beləliklə, mart ayının 29-da yenidən sorğunu göndərdik. Sorğu təkrar göndərildikdən sonra isə komitədən bildirdilər ki, 3 gün ərzində rəsmi cavab veriləcək.Amma təəssüflər olsun ki, üstündən bir həftə keçsə də, sorğuya cavab verilmədi.
Görünür, Gömrük Komitəsinin məsələni ictimaiyyətdən gizlətməsi və sorğunu cavablandırmaqdan yayınması məlumatın doğruluğuna dəlalət edir. Amma dövlət qurumunun rəsmi sorğuya cavab verməməsi həm də məmur məsuliyyətsizliyinin bariz nümunəsidir.
Təəssüf ki, Azərbaycanda məmurların mediaya və ictimaiyyətə qapalı fəaliyyəti hələ də davam edir. Məhz bunun nəticəsidir ki, biz də bu informasiyanı bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyi olmadan yaymaq məcburiyətində qaldıq. Amma xarici ölkələrdə belə hallar baş verəndə məmurların bu cür sayğısız münasibəti məsuliyyət yaradır.
Araşdırmalarımıza əsalanaraq, deyə bilərik ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində əldə etmək mümkündür. Həmçinin son zamanlarda bir çox dövlət qurumları onlayn sistemiylə - dərhal sorğuları cavablandırmağa başlayıblar.
Qeyd edək ki, Əsgər Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1985-1996 –cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb. 2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Hazırda isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini,gömrük xidməti general-leytenantıdır. ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089589_01.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089570_02.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089533_03.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089579_04.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089508_05.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089598_06.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089603_07.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089541_08.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089568_09.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089561_010.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089525_011.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089575_012.jpg) ![Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir... Gömrük generalı özünə "Xan sarayı" inşa etdirir...](/uploads/posts/2016-04/thumbs/1460089562_013.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52 |
|
|
|
• "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48 |
|
|
|
• İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46 |
|
|
|
• Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43 |
|
|
|
• "İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39 |
|
|
|
• Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36 |
|
|
|
• Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26 |
|
|
|
• Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21 |
|
|
|
• Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19 |
|
|
|
• Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12 |
|
|
|
• Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00 |
|
|
|
• “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56 |
|
|
|
• “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49 |
|
|
|
• 90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43 |
|
|
|
• "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38 |
|
|
|
• Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33 |
|
|
|
• Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29 |
|
|
|
• Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26 |
|
|
|
• Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22 |
|
|
|
• Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18 |
|
|
|
• Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16 |
|
|
|
• Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05 |
|
|
|
• Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02 |
|
|
|
• Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54 |
|
|
|
• Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40 |
|
|
|
• Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24 |
|
|
|
• Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20 |
|
|
|
• Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17 |
|
|
|
• “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14 |
|
|
|
• "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11 |
|
|
|
• Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09 |
|
|
|
• "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04 |
|
|
|
• Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01 |
|
|
|
• İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00 |
|
|
|
• Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59 |
|
|
|
• ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55 |
|
|
|
• Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52 |
|
|
|
• Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08 |
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
|