“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                     Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... .....                 

"Onunla da dəfələrlə danışsam da, nəticəsiz qaldı" - GİLEY
Tarix: 1-12-2017, 08:51 | Çap et
"Onunla da dəfələrlə danışsam da, nəticəsiz qaldı"
Son vaxtlar aliment ödəməkdən boyun qaçıran ataların sayı artıb. Bu isə boşanan qadın və övladları üçün ciddi problemə çevrilib. Çünki elə qadınlar var ki, övladlarını həmin alimentlə dolandırır. Alimenti ala bilməyəndə isə maddi çətinlik çəkir. Qanunvericiliyə görə icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkədən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır. Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Amma son illərin mənzərəsi onu göstərir ki, boşanmış kişilərin çoxu alimenti ödəməkdən yayınır.

Bununla belə məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetirmirlər. İllərlə yığılıb qalmış aliment borclarının öhdəsindən nə məhkəmə, nə də qanunlar gələ bilir. Alimentin ödənilməsi üçün isə alternativ yol yoxdur. Ölkə qanunlarına görə, aliment ödəməyən şəxs ən sərt formada, hətta həbs olunmaqla belə cəzalandırılır. Sözügedən məsələ ilə bağlı Nəsimi rayon Mir Cəlal küçəsi, 31 ünvanında yaşayan İlhamə Kərimova “Cümhuriyət” qəzetinə müraciət edib.

Şikayətçi müraciətində 2008-cı ildə həyat yoldaşı Ağsu rayon sakini Mehman Kərimovdan məhkəmə qaydası ilə boşandığını və himayəsində biri qız, biri oğlan olmaqla iki övladının olduğunu deyib. İlhamə Kərimovanın sözlərinə görə, 2013-cü ildən bu günə kimi keçmiş həyat yoldaşı məhkəmə qərarı ilə nəzərdə tutulmuş alimenti ödəmir: “2008-cı ildə məhkəmə qərarı ilə boşanmışıq. Keçmiş yoldaşım 2013-cü ilə qədər aliment ödəsə də, 4 ildir ki, bu pulu verməkdən imtina edir. Məhkəmə icraçıları da bu məsələyə müdaxilə edə bilmirlər. Bir sözlə Ağsu rayonu məhkəmə qərarlarının icra şöbəsi məhkəmə qərarlarını icra etmək istəmir, süründürməçiliklə məşğuldur. Dəfələrlə bu işlə əlaqədar Ağsu rayonuna getmişəm. Ağsu rayon məhkəmə qərarlarının icra şöbəsinin əməkdaşları Rövşən, Elman, Xəyyam və Elçin - bu məsələnin icrası ilə məşğul olduqlarını bildirsələr də, məhkəmə tərəfindən verilmiş qərarın icrası üçün üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər. Birinci aliment işi ilə Rövşən müəllim məşğul olurdu. O müddətdə keçmiş həyat yoldaşım 28 gün həbs olundu.

Həbs müddəti başa çatdı və o, sərbəst buraxıldı. Amma alimentdən xəbər çıxmadı. Sonra iş Elman müəlimə verildi. Onunla da dəfələrlə danışsam da, nəticəsiz qaldı. Sonra iş Xəyyam müəllimə verildi. Xəyyam müəllim hər telefon danışığımızda alimentin veriləcəyinə dair müxtəlif vədlər verirdi. Hətta keçmiş yoldaşımın axtarışa verildiyini, bu işlə yaxından maraqlandığını da deyirdi. Nəticəsiz qalan bu məsələdən yorulub, Ədliyyə Nazirliyinin əməkdaşı Nüsrət müəllimlə görüşdüm. Vəziyyəti ona anladandan sonra o, Xəyyam müəllimə zəng etdi və işə dərhal baxılması tapşırığını verdi. Üstündən iki həftə keçdi, yenə bir xəbər çıxmadı. Məcbur olub iradlarımı Nüsrət müəlimə bildirdim. O, isə dedi ki, iş baxılması üçün yeni məhkəmə icraçısı olan Elçinə tapşırılıb. Elçin müəllimlə danışanda bildirdim ki, belə çıxır bu dəfə də onunla 5-6 ay danışacam, amma iş elə dəyişməz qalacaq. Amma o mənə məsələni həll edəcəyinə dair söz verdi. Həmin məhkəmə icraçısının da vəd etdiyi müddət ötüb, amma ortada nəticə yoxdur.

Mənə elə gəlir ki, məhkəmə qərarının icrasına nəzarət etməli olan bu şəxslər kimlərəsə havadarlıq edirlər. Əziyyət çəkən isə mənəm. İki tələbə övladımla çətin vəziyyətdəyəm. Onların təhsil xərclərini, dolanışığı və digər xərcləri ödəyə bilmirəm. Hər övladıma görə 100 manat aliment kəsilib. Amma bunu görmürük. Anlamıram tez-tez dəyişən məhkəmə icraçıları bütün günü evimin ətrafında dolanan Mehman Kərimovu tapa bilmirlər ki, onu axtarışa verirlər? Dəfələrlə sərxoş vəziyyətdə evimə gəlib məni təhqir edir... Aliment məsələsi həll edilmirsə, o zaman qanunu pozan məmurlar cəzalandırılsın. Mehman Kərimovu alimenti ödəmədiyinə görə inzibati mənsuliyyətə cəlb edib, sonra da azad etmək məsələni həll etmək deyil. Konkret bu adam alimenti ödəməlidir. Bunun bir yolu olmalıdır”.

Ağsu Rayon Məhkəmə Qərarlarının İcrası şöbəsinin əməkdaşı Elçin Əmirov şikayətlə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Mehman Kərimov qeydiyyatda olduğu ünvanda yaşamadığına görə onunla əlaqə qurmaq mümkün olmur: “Biz artıq onu axtarışa vermişik. Hər icraçı öz rayonu üzrə cavabdehdir. O burada yaşamırsa, xanım ərizə yazmalıdır və mən onu Bakıya göndərməliyəm. Yaxud da ki, axtarışa verilməlidir ki, faktiki yaşadığı yerdən polis onu tapıb gətirsin. Amma konkret olaraq o adam axtarışa verilib, yəqin ki, 5-10 günə nəticə məlum olacaq. O şəxs bir dəfə də inzibati şəkildə həbs olunub.

Axtarış nəticəsində tutulub gətiriləcək və qanun çərçivəsində onunla bağlı tədbir görüləcək. Barəsində inzibati məsuliyyət, cərimə və ya cinayət məsuliyyəti seçilə bilər. Amma bu şəxsin faktiki olaraq 4 minə yaxın aliment borcu var. Ona yenidən cərimə kəsilməsi düzgün deyil. Ola bilsin ki, 30 sutkalıq həbs olunsun. Amma hər şeydən əvvəl xanım onun cinayət məsuliyyətinə cəlb olunması üçün bizə müraciət etməlidi. Mən il yarımdı bu işlə məşğulam. Xanım isə mənə yeni müraciət edib. Mənim bundan əlavə də aliment işlərim var. Hamısı da problemlidir. Əgər vətəndaş mənə müraciət etmirsə, mən onun dalınca düşə bilmirəm. Hamısını nəzarətdə saxlamaq mümkün olmur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru