DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                 

Həbs və əmlakının müsadirəsi də istisna deyil - İDDİA
Tarix: 23-12-2017, 10:22 | Çap et
Həbs və əmlakının müsadirəsi də istisna deyil
Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından sonra onun yaxın çevrəsindən olan digər məmurların da eyni aqibəti yaşaması zaman məsələsidir. Təcrübə göstərir ki, F.Məmmədov kimi özünü gözdən salan məmurlar tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra onlara yaxınlıqlarına görə vəzifə alan qohum-dostları da tədricən öz mövqelərini itirirlər.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun timsalında biz bunun əyani şahidi olmaqdayıq. Onun vəzifəsini itirməsindən sonra yaxın çevrəsinə daxil olan və müxtəlif dövlət orqanlarında yüksək vəzifə tutan şəxslər də yavaş-yavaş postlarını itirirlər. Eyni aqibətlə Fazil Məmmədova bağlı məmurların da üzləşəcəyi artıq heç kimdə şübhə doğurmur. Xüsusilə vergilər kimi strateji və qeyri-qanuni gəlir imkanları son dərəcə geniş olan bir sahənin başçısı olaraq F.Məmmədovun 4,5 milyard dollara yaxın vəsaitin ölkədən çıxarması faktının gündəmə gəlməsindən sonra sabiq nazirin özü və yaxın çevrəsi üçün böyük təhlükənin yarandığını söyləmək mümkündür.

Heç kimə sirr deyil ki, vergi sistemində korrupsiya, sahibkarların incidilməsi, vergi yükünün qəsdən şişirdilərək onların rüşvət verməyə sövq edilməsi kimi hallar geniş yayılmışdı. İş o yerə çatmışdı ki, sahibkarlar qanuni vergilərini ödəyərək fəaliyyət göstərməkdənsə, rüşvət verib qanunsuz fəaliyyət göstərməyə üstünlük verirdilər. Vergi orqanlarının “payını” verməyən sahibkar barəsində dərhal istintaq başladılır, yaxud yüz cür bəhanələrlə məhkəməyə verilirdi. Təsadüfi deyil ki, Ali Məhkəmə bu yaxınlarda statistikanı açıqlayaraq, vergi orqanlarından şikayət edənlərin böyük əksəriyyətinin məhkəmə prosesindən qalib ayrıldığını elan etmişdi. Bu, ən üst məhkəmə qurumunun vergi orqanlarının qanunsuz iddialarını rədd etməklə sahibkarların, sadə vətəndaşların hüquqlarının bərpa olunmasına yardım göstərməsi ilə yanaşı, həm də vergi sistemindəki durumu ortaya qoyan bir faktdır.

Zaman keçdikcə, F.Məmmədovun 17 il ərzində vergi sisteminə rəhbərlik edib, bu sistem vasitəsilə əldə etdiyi milyardlarla manatı tək xərcləmədiyi üzə çıxır. Məlum olur ki, sabiq nazir Azərbaycandan nə az, nə çox - düz, 4,5 milyard manatı çıxarmağa nail ola bilib. Bu zaman ona yardım edənlər də olub ki, onlardan birinin də yeznəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olduğu deyilir.

Xatırladaq ki, Binəqədi Bakı şəhərinin böyüklüyünə və əhali sayına görə 2-ci rayonudur. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 263 100, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir. Rayonun inzibati ərazisində 5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri, 4 mikrorayon - 6, 7, 8 və 9 mikrorayonlar mövcuddur.

Və bu rayonda icra hakimiyyətinin qanunsuzluqları ilə bağlı vətəndaş narazılıqları həmişə yüksək olub. Ölkə mətbuatında X.İsgəndərovun qanunla bir araya sığmayan fəaliyyətləri barədə məlumatlar müntəzəm olaraq dərc edilsə də, illər boyu məhz qaynı olan vergilər nazirinin sayəsində ona toxunulmayıb.

Tərcümeyi-halından görünür ki, X.İsgəndərovun vəzifə yüksəlişi məhz F.Məmmədovun nazir təyinatından sonra başlayıb. 2000-ci ilədək ticarətçi, müəssisə rəhbəri olan icra başçısı 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələri tutub.

Bu, X.İsgəndərovun adi ticarətçidən icra başçısı vəzifəsinə necə gedib çıxdığını göstərən, bu yüksəlişdə qaynının dəstəyindən geninə-boluna yararlanmasından xəbər verir. Bu yararlanma hər sahədə özünü göstərib: mətbuatda gedən məlumatlardan aydın olur ki, Binəqədi rayonu ərazisində bir toyuq hini belə başçının haqqı ödənilmədən inşa olunmur. Hər tikili üçün xüsusi məbləğlər müəyyənləşdirilib: birmərtəbəli evlərin qiyməti ayrıdır, avtomobil qarajınınkı ayrı, 2 və daha çox mərtəbəli evlərinki ayrı. Lakin bu haqq X.İsgəndərovun Binəqədi ərazisində özü və qaynı üçün tikdirdiyi qoşa villalara aid olmayıb.

X.İsgəndərovun cəzadan yayınmağı bacardığı ən ağır iş, əlbəttə, 2015-ci ilin mayında rəhbəri olduğu rayonun ərazisindəki binada baş verən və 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğın hadisəsidir. Həmin vaxt icra başçısı yanan binaya çəkilən üzlüklərlə bağlı mərkəzi dövlət qurumlarının rəy verdiyini açıqlamaqla məsuliyyəti boynundan atmağa çalışdı. Yenə də nazir qaynının sayəsində günahı onun keçmiş müavininin üzərinə atmağa nail ola bildi. Halbuki rayon ərazisində nəinki 16 mərtəbəli böyük bir binanın başdan ayağa üzlənməsi, heç bir metr yola yeni asfaltın salınmasının belə başçının məlumatı olmadan aparılmasının qeyri-mümkün olduğu hamıya aydındır.

Yanğın cinayətindən əlavə, X.İsgəndərovun adının nazir qaynı ilə birlikdə ölkədən xaricə pul çıxarılmasında da hallanması icra başçısının durumunun heç də ürəkaçan olmadığından xəbər verir. Artıq X.İsgəndərovun himayədarı vəzifədən alınıb, özünün azadlıqda qalıb-qalmayacağı sual altındadır. Ehtimallar daha çox tezliklə F.Məmmədovun topladığı varidatdan, hətta azadlığından belə məhrum olacağı istiqamətlidir. Bu ehtimallar doğrularsa, aydın məsələdir ki, onun yaxın çevrəsindəki adamlar da prosesdən kənarda qalmayacaq.

Vəziyyətin əvvəlki kimi olmadığını elə X.İsgəndərovu da davranışları ilə nümayiş etdirir: mətbuatın yazdığına görə, daha onun rayon ərazisində hərəkəti 5-6 maşınla müşayiət edilmir. Heç ailəsinə də əvvəlki sayda mühafizəçi ayırmır. Hətta ona və F.Məmmədova məxsus olduğu deyilən, Binəqədidə yerləşən məşhur qoşa villaların da satışa çıxarıldığı deyilir. Məlumata görə, başçı yalnız vəzifədən alınmaq deyil, həbs və əmlakının müsadirə olunması variantlarını belə gözaltına alaraq hərəkət edir. Bu isə icra başçısının yaxınlaşmaqda olan təlatümlərə indidən hazırlaşmağa çalışmasından xəbər verir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru