Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                 

"Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru çörək gətirim..." - GİLEY
Tarix: 11-10-2019, 08:31 | Çap et
"Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru çörək gətirim..."
DİA.AZ: - Abşeron rayonun , Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən bir sra dövlət qurumlarnın rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciəti olduğu kimi təqdim edirik:

"2008-ci ildə qardaşım Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət hadisəsi törətmiş və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilinərək istintaqa cəlb edilmişdir. Qardaşım Qürbət Yaşar Bayramovun 4 baş malını tövlədən apardığına görə saxlanılmışdır.

Oğurlanan malların sahibi Yaşar Bayramov əvvəlcə mənə bildirdi ki, 4 baş malımı gətir qaytar mən də şikayətimi geri götürüm. Mən ona qardaşımın əvəzinə 4 baş mal aparıb həyətinə düşürdüm. O razı olmadı. Qeyd etdi ki, mallarının qiyməti 6000 manatdır, get malları sat pulunu gətir. Mən malları 2700 manta bazarda satıb əlavə 200 manat da qoyub Yaşara verdim. O yenə razılaşmadı. Şişirdilmiş qiymətlə məndən əlavə 3300 manat tələb etdi. O şikayətini geri götürmədi. Qardaşım da 4 il müddətinə həbsə göndərildi. Buna baxmayaraq Yaşar mənə qarşı “Pul tələbinə dair” Qobustan rayon Məhkəməsinə iddia ərizəsi Verdi. Qobustan rayon məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı İsmayılov Yaşar Bayram oğlunun cavabdeh Bayramov Habil Əlikram oğluna qarşı borc tələbinə dair iddiası təmin edilmiş, Bayramov Habil Əlikram oğlundan 3500 (üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı İsmayılov Yaşar Bayram oğluna verilməsi qət edilmişdir. (hakim Qalib Hacıyev) Qətnamədən mən cavabdeh olaraq apellyasiya şikayəti vermişdim. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2016-cı il tarixli 2(105)- 405/2016 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qobustan rayon Məhkəməsinin 2(026)-141/2015 saylı, 08 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı İsmayılov Yaşar Bayram oğlunun cavabdeh Bayramov Habil Əlikram oğluna qarşı 3500 (üç min beş yüz) manat pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçı İsmayılov Yaşar Bayram oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayət Apellyasiya Məhkəməsi sədrlik edən Elman Rəhimovun icraatında iş yenidən baxılmış və 21 noyabr 2016-cı il tarixli, 29026)-405/2016 saylı qətnaməsilə İş üzrə Qobustan rayon məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış. İddiaçı İsmayılov Yaşar Bayram oğlunun cavabdeh Bayramov Habil Əlikram oğluna qarşı borc tələbinə dair iddiası təmin edilməmişdir. Və yenə də Sumqayıt Apellyasiya məhkəməsi işin əsassız olduğunu təsdiq etdi. Aradan 2 il keçdikdən sonra Qobustan rayon İcra şöbəsindən icra məmuru Xəqani Əliyev adlı birisi 2 ay əvvəl mənə zəng edərək bildirdi ki, sən təcili Yaşar Bayramova olan 3300 manat pulu 100 faiz ödəməlisən. Mən onu başa saldım ki, axı bu məsələyə Sumqayıt Apellyasiya məhkəməsində iki dəfə baxılaraq birdəfəlik xitam verib, bu necə olur? İzah etdi ki, Y.Bayramov səni yenidən məhkəməyə verib 3300 manat pul tələb edib. Sən məhkəmədə iştirak etməsən də hakim qiyabi qətnamə qəbul edib iddianı təmin edib və icra edilməsi üçün bizə göndərib. Mən icra məmuru Xəqanilə görüşdüm. Xahiş etdim ki, həmin qətnamənin sürətini bir tərəf olaraq mənə versin. Etiraz etdi ki, məndə yoxdur. Əvəzində o telefonda hansısa sənədi mənə göstərdi. Mən bir çoban olduğuma görə icra məmuruna bildirdim ki, telefonda bu sənədi oxuya və yenidən şikayət verə bilmirəm. Qeyd etdi ki, əgər gedib bu qətnaməni məhkəmədən istəsən səndən 500 manat alacaqlar. Yaxşısı budur ki, pulun hamısını təcili ödə. Mən etiraz etdim ki, bir dəfə məhkəmənin baxdığı işə yekun qətnamə verilibsə, üçncü dəfə eyni tələblə iddia vermək qanunsuzluqdur. Xəqani Əliyev mənimlə razılaşmadı. Və dəqiq başa düşdüm ki, icra məmuru iddiaçı olmuş Y.Bayramovla gizli sövdələşərək məni qorxutmaqla 3300 manat pulumu alıb bölüşdürmək istəyirlər. Aradan 1 həftə keçməmiş Xəqani mənə bildirdi ki, səni polisə vermişəm. Qoy səni tutub məcburi gətirsinlər ki, pulu tam ödəyəsən. İndi Xəqani bir tərəfdən, polislər də bir tərəfdən məni axtarmaqla məşğuldurlar. Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru çörək gətirim. Adam kimi daxmama gələ bilmirəm. Digər tərəfdən mənə qəsdən imkan verilmir ki, iştirak etmədiyim və qətnaməsini almadığım məhkəmədən yuxarı insatnsiyaya şikayəti verim.

Əksinə, mənim 2 və 7 sentyabr 2019-cu illərdə Qobustan İcra məmuru. Ağdamdan olan məcburi köçkün Əliyev Xəqani yaxınlarına söz verib ki, mən Habil bayramovu ondan yuxarı insatansiyalara şikayət etdiyim üçün 10 sutka həbs cəzası verdirəcəyəm. Bu da icra məmurunun mən çobana qarşı şəxsiqərəzliyi. Bu məmurdan soruşan yoxdur ki, əgər vətəndaş icraya səsbəb olmuş rellıqda mövcud olmayan qətnaməni istəyirsə niyə surətini ona vermir, əvəzində 500 manat istəyirsən? Bu arada Məhkəmə hüquq şurasına yazdığım şikayətə cavab olaraq Qobustan rayon Məhkəmə hakimi Mirələm Quliyev 11 sentyabr 2019-cu il tarixli cavab məktubunda qeyd edir: “Qobustan rayon məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinə əsasən mülki iş baxılması üçün Sumqayıt apellyasiya məhkəməsinə göndərilmişdir.

Qobustan rayon icra şöbəsinin 09 avqust 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu olduğunuz həmin iş Qobustan rayon icra şöbəsinin icraatındadır.” Qobustan rayon məhkəmə hakimi bildirir ki, həmin mülki iş baxılması üçün Sumqayət apellyasiya məhkəməsinə göndərilib. Bəli biz də bilirik ki, Sumqayıt apellyasiya Məhkəməsi iki dəfə Qobustan rayon məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsini ləğv etmişdir. İndi yenidən ləğv edilmiş əsassız qətnamənin hakim mirələm Quliyevin icraata yönəltməsi anlaşılan deyil, əsassızdır və yazdığı icra vərəqəsi tam saxtadır.

Çoxhörmətli cənab Prezident və Mehriban xanım! Bildirirəm ki, Ədliyyə Nazirliyinin Qobustan İcra Şöbəsinin işçisi Xəqani Əliyevin mənə qarşı tətbiq etdiyi əsassız və qurama qanunpozuntusu hallarına qəti etirazımı bildirir və Sizlərə güvənərək son dəfə xahiş edirəm ki, mənim 4 azyaşlı övladımın olmasını, özümün və həyat yoldaşımın işsiz olmasını, çox pis iqtisadi durumda yaşadığımızı nəzərə alaraq Qobustan icra məmurunun mənə qarşı planlaşdırdığı özbaşnalığı və ciddi qanunpozuntusu hallarının dərhal qarşısının alınması üçün Ədliyyə naziri hörmətli Fikrət Məmmədova, Baş Prokurorluğa tədbir görməsi üçün göstəriş verəsiniz. Axı bizi kimi məzlum insanları şərləməklə əlimizdə olan qəpik-quruşa tamah salmaq dövlət məmuruna yaraşmaz. Qoy bu harınlar gəlib yaşadığım daxmaya baxsınlar. Əgər burada bircə qiymətli əşya tapa bilsələr götürüb aparsınlar. Qobustan rayon Məhkəməsi də açıq izahat versin ki, hansı instansiyanın qanuni qüvvəyə minmiş məmhkəmə qətnaməsinə əsasən icra vərəqi yazıb icraata yönəltmişdir".

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru