Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir - NARAZILIQ...
Tarix: 25-11-2019, 09:09 | Çap et
![Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir](/uploads/posts/2019-11/1574658515_0001.jpg) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrasına başlandığı gündən əhalinin bəzi banklardan narazılığı artmaqda davam edir.
Biz bu istiqamətdə apardığımız araşdırmalar zamanı müəyyən etmişik ki, vətəndaşlara dövlət tərəfindən müəyyən edilən kompensasiyaların ödənişində ciddi süründürməçiliyə yol verilir. Analoji məzmunlu şikayətlə bizə müraciət edən Qasımov Amil Bərxudar oğlu bildirir ki, rəsmi qaydada ona müəyyən məbləğdə kompensasiyanın ödənilməsi nəzərdə tutulub və bu, imzalı, möhürlü sənədlərdə öz əksini tapıb. Şikayətçinin rastlaşdığı haqsızlıqlarla bağlı onunla detallı söhbət etdik.
Amil Qasımov bildirir ki, o hazırda fəaliyyəti dayanan “Zamin Bank”dan götürdüyü kreditə görə bu vəziyyətlə üzləşib: “Mən 2015-ci ildə həmin bankdan 5100 (beş min yüz) dollar kredit götürmüşəm. Həmin vaxt dolların kursu 1 manat 05 qəpik idi. Bunun qarşılığında mən banka borcumu artıqlaması ilə qaytarmışam. Kurs 1.70 olanda mən onlara 12.500 (on iki min beş yüz) manat qaytarmışam. Prezidentin müvafiq fərmanı çıxandan sonra bankdan mənə rəsmi sənəd verildi ki, 4588 ABŞ dolları qalığım var. Yəni həmin pul kompensasiya kimi mənə qaytarılmalıdır. Sizə təqdim etdiyim sənəddə bu öz əksini tapıb. Məhz həmin sənəddə göstərilir ki, mənim əlavə heç bir borcum yoxdur. Bunu da manata çevirəndə 7800 (yeddi min səkkiz yüz manat) edir. Mən pulu çıxarmaq istəyəndə məlum oldu ki, həmin məbləğ doğrudan da “Zamin Bank”ın cari hesabındadır, lakin bloklanıb. Get-gəldən sonra gördülər ki, mənim puldan xəbərim var. Çağırdılar məni və dedilər ki, hesab aç, ora pul köçürək. Mənim hesabıma cəmi 600 manat pul köçürdülər. Sonra isə poçt vasitəsilə ünvanıma 353 manat pul göndərildi. Səhv etmirəmsə, sonuncu məbləği Maliyyə Bazarlarına Nəzarər Palatası göndərib. Sonra Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan mənə rəsmi məktub gəldi. Həmin məktubda rəsmən göstərilir ki, Palata mənə 2619 manat ödəməlidir. Çox maraqlı vəziyyət yaranır. Mənə olan borc 7800 manatdır. Bunlar isə mənə cəmi 953 manat ödəyiblər. Müəyyən etdikləri 2619 manatı ödənilən pulun üstünə gələndə də heç mənə olan borclarının yarısı etmir. Bəs qalan pul hara getdi? Mənim ödədiyim bütün çeklərim əlimdədir. Borcum yoxdursa, niyə mənə təyin olunan kompensasiyanı tam ödəmirlər? Mənə deyirlər ki, səhvimiz olub, sənə ödənilməli məbləğ 2619 manatdır. Onu da Palata verməlidir. İş burasındadır ki, heç Palata da həmin pulu vermək istəmir. Dəfələrlə müraciət etmişəm, o pulu vermirlər. Xahiş edirəm, bu məsələnin araşdırılmasında mənə kömək edəsiniz”.
Vətəndaşın üzləşdiyi problemlə bağlı biz Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyevlə əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, belə hallar çox olur və bu, dəqiq araşdırma tələb edir. Biz də qurumun dəqiq araşdırma apara bilməsi üçün şikayətçinin bizə təqdim etdiyi müvafiq sənədləri Elşən müəllimə göndərdik. Elşən müəllim artıq bu işin Orxan adlı hüquqşünasa həvalə olunduğunu dedi, araşdırdıqdan sonra ətraflı məlumat verəcəklərini bildirdi: “Belə hallar olur. Bəzən olur ki, vətəndaş ona ünvanlanan pulu gedib götürmür. Elə hal da olur ki, vətəndaşın başqa borcu olur, vəsait ora yönəlir. Bu səbəbdən də dəqiq araşdırıb, kömək etməyə çalışacağıq”.
İndiki halda isə şikayətçinin harasa borcunun olduğu və ya göndərilən puldan xəbərinin olmaması kimi hallar yoxdur. Ümidvarıq ki, Palatanın işi nəzarətə götürməsindən sonra problem tezliklə həllini tapacaq. Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”
![Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir](/uploads/posts/2019-11/thumbs/1574658615_0001.jpg)
![Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir](/uploads/posts/2019-11/thumbs/1574658650_01.jpg)
![Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın qanuni kompensasiyasını ödəmir](/uploads/posts/2019-11/thumbs/1574658569_02.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|