İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                 

Zaur Mikayılovun kadrından ÖZBAŞINALIQ... - Vətəndaş CANA DOYUB
Tarix: 4-11-2022, 08:35 | Çap et
Zaur Mikayılovun kadrından ÖZBAŞINALIQ...
Göyçay sakini Seymur Azadov 3 il əvvəl Meydan TV-yə Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə tərəfindən torpaq sahəsinin əlindən alınmasıyla bağlı şikayət etmişdi. Bu dəfə isə onun şikayəti rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovdandır.

Seymur Azadovun sözlərinə görə, hər şey ondan başlayıb ki, o, 2021-ci ilin yaz aylarında idarəyə müraciət edib. İllərdir ki, köhnə arxın zibillənməsi üzündən küçə və həyətləri su basdığını deyib, yeni arxların qazılmasını istəyib. İdarə rəisi ona əvvəlcə bu işlərin tezliklə görüləcəyini desə də, sonradan texnikaların sınıq-salxaq olmasını səbəb gətirib. Vətəndaşsa necə deyərlər, “dinc durmayıb”, gedib dağın başında ayrı-ayrı sahibkarlar üçün torpaq çıxaran idarəyə məxsus yeni traktorların foto və videogörüntülərini çəkib. Bundan qəzəblənən idarə rəisi və bir neçə traktorçu vətəndaşdan polisə şikayət edib. Şikayətçi danışır:

“Məni polisə dəvət etdilər, getdim, dedim, araşdırın, görün, dövlətin texnikasını pul alıb aidiyyəti olmayan yerlərdə istifadə edən idarə rəisi düz deyir, yoxsa mən. Gördülər, haqlıyam, şikayəti bağladılar”.

Şikayətçinin deməsinə görə, bundan sonra idarə rəisi məhkəmədə iddia qaldırıb ki, Seymur Azadovun arx mühafizə ərazisində işlətdiyi avtomobil təmir sexi sökülsün. Məhkəmə başlayandan bir neçə gün sonra Seymur Azadov bir şüşə sirkə turşusu götürərək Suvarma Sistemləri İdarəsinə – Şakir Əhmədovun iş otağına gedib, orada sirkə turşusunu içməklə intihara cəhd edib. İdarə işçiləri təcili yardım çağırıb, xəstəxanaya götürülüb, yardım göstərilməklə həyata qaytarılıb.

Hələ məhkəmə davam edərkən Seymur Azadovun başına daha bir neçə iş gəldiyini də deyir:

“Mən Suvarma Sistemləri İdarəsinə verilmiş, hər birinin dəyəri 300 min manat civarında olan yeni texnikalardan aidiyyəti üzrə olmayan başqa-başqa yerlərdə istifadə olunmasıyla bağlı video və foto görüntüləri rayon prokuroluğuna təqdim etmişdim. Bir dəfə maşın ehtiyat hissələri almağa gedəndə rayonun Mallı Şıxlı kəndi ərazisində bir tərəfdən avtomobillə, bir tərəfdən də Suvarma Sistemləri İdarəsinə məxsus traktorla yolumu kəsdilər. Məni maşından düşürtdülər, “Şakir müəllimdən sənə salam var” deyib, maşının salonunu axtardılar. Mobil telefonumu götürüb, getdilər. Mən bu barədə rayon polis şöbəsinə şikayət etdim. Təhqiqatçı dedi ki, axşam səninlə əlaqə saxlayacağıq. Axşam saat 9 radələrində zəng vurub dedi ki, gözün aydın, telefonun tapılıb, gəl. Getdim, dedim, mən polisə ərizəni telefonumun itməsinə görə yox, qarşımı quldurcasına kəsib, maşınımdan götürülməsinə görə yazmışam. Telefonu qaytaranda gördüm ki, çəkdiyim görüntülər silinib, telefon format olunub”.

Bu ilin iyununda məhkəmə Suvarma Sistemləri İdarəsinin Seymur Azadova qarşı qaldırdığı iddianı təmin etməyib. Belə ki, əraziyə baxış keçiriləndə məlum olub ki, avtomobil təmiri sexi arxdan 4 metr aralıda yerləşir və mühafizə zolağından kənardadır. Üstəlik, vətəndaşın obyektə və torpağa dair Çıxarışları var, tikinti tam qanuni şəkildə aparılıb, obyektin fəaliyyətində də heç bir nöqsan tapılmayıb. Sermur Azadovsa Göyçay rayonu ərazisindəki arxların mühafizə zolaqlarında tikilmiş onlarla ticarət və iaşə obyektlərinin görüntülərini çəkərək hüquq-mühafizə orqanlarına göndərib:
“230 foto çəkib göndərmişəm Baş Prokurorluğa… Elə obyektlər var ki, arxın bir hissəsini betonlayıblar, obyektin bir hissəsi həmin betonun üstünə tikilib. Ancaq nədənsə Suvarma Sistemləri İdarəsi bunu “görmür”. Bu obyektlərin çoxu tanınmış ticarət şəbəkələrinə aiddir, çoxunun sahibi rayonun məmurlarıdır. Baxmayaraq ki, hər biri barədə sübutlu şəkildə məlumat vermişəm, hələ də tədbir görülməyib”.

Bu il avqustun 3-də Baş prokuror Kamran Əliyev Ucarda vətəndaşların qəbulunu keçirəndə Seymur Azadov da gedib. O, Baş prokurora son 1 ildə başına gələnlərdən danışıb:

“Rayonumuzun prokuroruna dedi ki, təkcə Göyçaydan yox, demək olar ki, bütün rayonların Suvarma Sistemləri İdarələrindən eyni şikayətlər gəlir. Mənə isə bildirdi ki, məsələni nəzarətə götürürəm. Ancaq bunun da üstündən 3 ay ötür, heç bir səs-xəbər yoxdur”.

Seymur Azadov başına gələnlərdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun cəzasız qalmasıyla barışa bilmir:

“Dövlətin traktoruyla qarşımı kəsib quldurluq ediblər, cəzasız qalıb. Məni intihara sürükləyib, cəzasız qalıb. Məni 1 ilə yaxın məhkəmə yolunda qoyub, cəzasız qalıb. Dövlətin traktorları hələ də onun-bunun şəxsi sahəsində işləyir, bu da cəzasız qalıb. Vətəndaşla istədiyi kimi davranan məmurun cəzasız qalması bir vətəndaş olaraq məndə dövlətimə qarşı inamsızlıq yaradır. Şakir Əhmədov məni bu qədər əziyyətə salıb, mənəvi zərər vurub, ancaq hələ də vəzifəsində oturub. Dövlətin traktorları vətəndaşların problemləri üçün nəzərdə tutulub, ancaq o, bu traktorlarla ondan şikayətçi olan vətəndaşın yolunu kəsir, yaxud da dövlətin verdiyi əmlakı şəxsi maraqları üçün dağda-daşda torpaq, katlavan qazmağa istifadə edir. Onu da deyim ki, yaşı çoxdan ötüb, vəzifədə müqaviləylə qalıb. Bu boyda ölkədə o qədər savadlı, gənc kadrlar olduğu halda, bu adamın arxasında kim dayanır, bir vətəndaş olaraq bunu bilmək mənim də haqqımdır”.

Meydan TV vətəndaşın iddialarına münasibət bildirməsi Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla telefon əlaqəsi yaradıb. İdarə rəisi bildirib ki, bütün bunlarla bağlı məsələ rayon prokurorluğunda araşdırılır və o, bu barədə telefonda danışmaq istəmir.

Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Seymur Azadovun intihara cəhd işi üzrə araşdırmalar aparılıb, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası keçirilib. Vətəndaşın intihara cəhd etməsi hadisəsində cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əlamətləri müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilib. Digər məsələlərsə araşdırlır.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu yaxınlarda Suvarma Sistemləri İdarəsi tərəfindən Həbibi küçəsində arx qazıntısı aparılıb. Seymur Azadovsa deyir, qazıntının əsas işlərini elə sakinlər özləri həyata keçirib.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru