Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                 

Tək çıxış yolu Türk Millətçiliyidir - Əks halda vəhabilər bizi yeyəcək!
Tarix: 18-02-2014, 09:09 | Çap et
Tək çıxış yolu Türk Millətçiliyidir - Əks halda vəhabilər bizi yeyəcək!
DİA.AZ: - Son prezident seçkiləri ərəfəsində hakimiyyətin küncə sıxışdırılması barəsində təəssüratlar var idi. Yəni belə təqdim olunurdu ki, Azərbaycan iqtidarı Qərblə və Rusiya ilə eyni zamanda problemlər yaşayır. Buna misal olaraq isə uzun müddət Qərb tərəfindən dəstəklənən və Qərbin Azərbaycandakı dayağı kimi təqdim olunan Azərbaycanın siyasi müxalifətinin Rusiyanın nəzarəti altında olan Milli Şura layihəsində yer alması faktı göstərilirdi. Hətta bəzi ekspertlər daha da irəli gedərək artıq Qərblə Rusiyanın Azərbaycanla bağlı anlaşdığını və bu anlaşmanın Bakının siyasi rənginin dəyişməsi ilə yekunlaşacağını iddia edirdilər.

Lakin bunların heç biri baş vermədi. Qərblə Rusiyanın ortaq layihəsi kimi təqdim olunan Milli Şuranı Kreml yarıyolda qoydu. Putinin Bakı səfərinin ardından Rusiya ilə bütün problemlərini çözdüyü təəssüratını yaradan Azərbaycan iqtidarı Qərbin mühüm iqtisadi dairələri ilə olan münasibətlərinə arxayın olaraq bir-iki nöqtədən verilən sərt təpgiləri nəzərə almayaraq prezident seçkiləri prosesindən uğurla çıxmağa müvəffəq oldu.

Yəni Azərbaycanda hakimiyyət dəyişmədi. Amma hakimiyyətə olan münasibət çox ciddi dəyişikliyə uğradı. Yaranmış situasiyadan istifadə edən rəsmi Bakı üzərinə gələn ənənəvi müxalifət qüvvələrinin buraxdığı yanlışlıqlar fonunda hətta «millilik» kimi bir ünvana belə sahib oldu. Elə bu fakt yetərli idi ki, hətta ən demokratik şəraitdə belə Milli Şura və yaxud da buna bənzər bir çətir altında alternativlərin hər hansı çabası səmərəsizliyə uğrasın.

Bunun başlıca nədənini müxalifətin ənənəvi uğursuzluq sindromu ilə əlaqələndirənlər olsa da, əsas, həlledici olan daha bir məqam var idi. Bu da Rusiyanın Azərbaycandakı reputasiyasıdır. Kimsə üçün sirr deyil ki, azərbaycanlılar çörək dalınca Rusiyaya üz tutsalar belə, Rusiyanı hər zaman düşmən obrazında görüblər. bu düşmənçiliyin köksümüzə xəncər kimi saplanmış damğalarından biri əgər 20 Yanvar faciəsidirsə, digəri də ermənilərlə ortaq şəkildə həyata keçirilən Xocalı qətliamıdır. Təbii ki, son 20-30 illik tarix ərzində rusdan belə bir zərbə almış bir millətin Moskva yandaşı olacağı imkansızdır. Necə ki, əraziləri rus bombardmançı təyyarələrinin hədəfinə çevrilən gürcülərin Kremlə səmimi xoş münasibətləri imkansızdır, eləcə də Azərbaycan türklərinin Rusiyaya sıcaq bğaxması qeyri-mümkündür.

Elə bu faktor yetərli oldu ki, lideri Moskvada oturub, serial çəkən Milli Şura layihəsi başından iflasa uğrasın. Və bir daha qeyd edirik ki, proseslər hakimiyyətin xeyrinə təkcə ona görə işləmədi ki, rəsmi Bakının siyasi rəngi dəyişməz olaraq qaldı, həm də hakimiyyət dünənə qədər üzərinə gələn qüvvələrin «vətən, millət» kimi şüarlarını də əlindən alaraq, rəqiblərini ideoloji baxımdan da tərkisilah edilmiş vəziyyətə saldı. Yəni indi artıq Azərbaycanda ideologiyaların deyil, faktiki olaraq siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi gedir.

Bunun yetərincə sübutları var. Kimsə iddia edə bilməz ki, nə İsa Qəmbərin başçılığı altında olan Müsavat Partiyası, nə də Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Qarabağ cəbhəsində indiki hakimiyyətin əldə etdiklərindən artığına nail ola bilər. Hər halda, bu gün bizləri bir millət olaraq daha çox narahat edən Qarabağ probleminin həllinin hansı ünvanda olduğunu hər kəs gözəl bildiyindən, məlum itiyimizlə bağlı siyasi rəng dəyişikliyi şəraitində daha yaxşı nəyəsə nail olacağımıza ümid edə bilmirik.

Yəni bu gün əslində siyasi qruplar sosial xarakterli şüarlarla bir-birilərini yenməyə çalışaraq Azərbaycanda hakimiyyət uğrunda mübarizə görüntüsünü formalaşdırmaqdadırlar. Halbuki normalda, əslində Azərbaycanın ehtiyacında olduğu ideyalar, ideologiyalardır. Bu baxımdan həm iqtidar və həm də müxalifət açıq şəkildə bu gün təhlükə kimi gördüyümüz dini zəminli qruplaşmalara uduzur. Elə buna görə də, bu gün asanlıqla insanlar hansısa dini cərəyanın ətrafında qısa müddətə təşkilatlana bilir. Çünki alternativ ideyalar mövcud deyil. İllər uzunu eyni simaların siyasi mübarizəsi Azərbaycanda ideologiyalaşmanı darmadağın etdiyindən vəhabilik, nurçuluq kimi təriqətlər gündə bir deyil, 100 vətəndaşımızı oğurlayacaq qədərində qüdrət sahibinə çevriliblər.

Bu gün Suriyada savaşda ölən oğullarımızı Azərbaycan bayrağına sarıyıb dəfn edə bilmiriksə, günahı özümüzdə axtarmalıyıq. İllərdir bu ölkədə türk kimliyi yasaqlanıb. Bu məmləkətin superetnosunun təbii haqqları TƏHLÜKƏ kimi təqdim olunub. İnsanların Türk Millətçiliyi ideologiyasına sarılması vahiməli bir hadisə olaraq anladılıb.

Nəticəsi də belə olmalı idi…

Təbii ki, gec deyil və bu gün Azərbaycan insanlarının rahatlıqla öz milli kimliklərinə söykənən, istinad edən yöndə təşkilatlanmasına demirik ki, şərait yaradılmalıdır, ən azından maneçilik törədilməməlidir. Əgər bu qadağalar - hərgah qadağalar qeyri-rəsmi mahiyyət daşısa belə - aradan qalxarsa, vətəni və milləti uğrunda canını fəda edənlərin səfərbər olmuş ordusu qarşısında kiminsə əlinə taxta alıb təhsil nazirliyinin qapılarını döyəcləməsi mümkün olmaz, kiminsə də saqqalını uzadıb, millət oğullarını oğurlayaraq cəhənnəm yoluna daşımasına imkanı olmaz.

Bəli, hələlik, gec deyil…

Azər - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Bu gün, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58
“İlkin həyatımı xilas edib”
Bu gün, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru