Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                 

“İcra başçı elə davrandı, anama elə sözlər dedi ki...” - NARAZILIQ VAR...
Tarix: 1-11-2023, 08:12 | Çap et
“İcra başçı elə davrandı, anama elə sözlər dedi ki...”
Ağdam sakini Cəsarət Məmmədov təqsiri olmadığı halda, işdən çıxarıldığını deyir. Onun sözlərinə görə, bu haqsızlığın cəzasını özü ilə yanaşı, 10 və 17 yaşlarında görmə və hərəkət məhdudiyyətli iki əlil övladı da çəkmək məcburiyyətində qalıb.

“Uşaqlarımın üzünə baxa bilmirəm. Belə insafsızlıq olar?!”, – Ağdamın Quzanlı qəsəbəsində yaşayan Cəsarət Məmmədov Meydan TV-yə danışır.

“Rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, “səs-küy salırsan””

45 yaşlı Cəsarət Məmmədov “Azərsu” ASC-nin 5 nömrəli Regional Su-kanal İdarəsinin tabeliyindəki Ağdam su-kanal sahəsində sürücü işləyib. O, 2021-ci ilin dekabrında işdən çıxarılıb. Əmək Məcəlləsinin 70 (ç) maddəsilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla müqaviləyə xitam verilib.

Amma Cəsarət Məmmədov bununla razılaşmır:

“Həmin dövrdə atam vəfat eləmişdi. Yas üçün pul lazım idi deyə, atamın köhnə bir maşını vardı, onu satmaq istəyirdim. Onu adıma keçirmək üçün dekabr ayında iş yerində müdirimiz Zamin Əliyevdən şifahi şəkildə icazə alıb, Ağcabədiyə getdim. Çünki regional qeydiyyat idarəsi orada yerləşir. Orada məndən böyük məbləğdə rüşvət istədilər. Buna etiraz eləyəndə polislərdi deyə, tutub məni apardılar. Guya səs-küy salmışam. Bu əsasla da mənə 8 sutka cəza verdilər. Təsəvvür edin, rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, səs-küy salırsan. Nə isə, oradan çıxıb işə gələndə məni məcbur elədilər ki, işdən çıxmaq barədə ərizəmi yazım. Dedim, axı 8 gün işə gəlməməyim üzrsüz səbəbdən olmayıb? Ora gedəndə də icazə almışdım. Heç olmasa, töhmət verin. Baxmadılar, işdən çıxardılar…”.

“Nə vaxtdır imkansızlıqdan uşaqların müalicəsini saxlamışıq”

O, 5 nömrəli Regional Su-kanal İdarəsinə qarşı işəbərpa tələbilə məhkəmədə iddia qaldırıb. Ağcabədi Rayon Məhkəməsinin hakimi Rəşad Nuriyev onun iddiasını təmin etməyib. Şirvan Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə müraciət etmə müddətini ötürdüyünə görə onun şikayətinə baxmayıb:

“Əvvəl məni hədələyirdilər ki, Regional İdarənin rəisi Zahid müəllimin yaxın qohumu DTX-da işləyir, sənin başına oyun açacaq. Sonra müxtəlif orqanlara şikayətlər elədim. Regionalın rəhbəri məni çağırdı ki, “get, sakit otur, səni bərpa edəcəyik”. Vaxt keçdi, eləmədilər. Mən də bilmirəm ki, Ali Məhkəməyə şikayət vermək üçün müddət var. Sən demə, məni aldadıb, başımı qatırlar”.

Məhkəmədə Su-kanal İdarəsinin hüquqşünası iddia edib ki, məsələ təkcə 8 sutkalıq həbs deyil, Cəsarət Məmmədov ümumiyyətlə, işinə səhlənkar və məsuliyyətsiz yanaşırdı.

Lakin Cəsarət Məmmədov ünvanına səslənən ittihamla razılaşmır:

“Guya mən idarənin maşınını dəfələrlə içkili idarə eləmişəm, buna görə məni polis saxlayıb. Araşdırsınlar, görsünlər ki, mənə maşını içkili idarə etməyə görə protokol yazılıb? Mənə o maşınla 3 dəfə 10 manatlıq protokol yazılıb, o da sürət həddini az keçib, radara düşdüyümə görə. Yazıblar ki, guya dekabrın 11-də mən iş yerinin maşınıyla avtomobili öz adıma keçirməyə getmişəm. Halbuki, ayın 11-də mən polis idarəsində təcridxanada olmuşam. Bunlar vəzifədən ötrü ki əlil uşağın haqqına girib, necə yalan danışırlar? Fikirləşmirlər ki, bizim yalanlarımız nəticəsində o uşaqlar nə vəziyyətdədir. Uşaqlara verilən pensiya heç yeməklərinə çatmır. Nə vaxtdır uşaqların müalicəsini saxlamışıq, onlara iynə-dərman eləyə bilmirik imkansızlıqdan. Anamın pensiyası da kreditlərə gedir. Elə ağır vəziyyətdəyik ki, deyiləsi deyil…”.

“İnsan təhqiri həzm eləyə bilmir, ona görə intihara əl atdım”

O iddia edir ki, su-kanal sahəsindəki işini başqasına satıblar və bundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da xəbəri var. Cəsarət Məmmədovun sözlərinə görə, təxminən 2 ay əvvəl ailə üzvlərilə birlikdə icra başçısının yanına gedib, ağır vəziyyətdə olduqlarını ona izah etməyə çalışıblar:

“Elə davrandı, anama elə söz dedi ki, sentyabrın 6-da icra hakimiyyətindən qayıdandan sonra intihara cəhd elədim. Özümü asmışdım. İnsan təhqiri həzm eləyə bilmir. Məni təcili yardım vasitəsilə Ağdam xəstəxanasına aparıb, orada xilas elədilər. Ona görə intihara əl atdım. Xəstəxanada izahat alanda da dedim ki, icra başçısına görə olub. Sonra evə gəlib anamdan, yoldaşımdan izahat almışdılar. Bizə dedilər ki, prokurorluqda araşdırma gedir. Hələ ki, nəticə yoxdur”.

İcra hakimiyyətinin vəzifəliləri cavab vermir, Su-kanal idarəsi isə qərarın əsaslı olduğunu iddia edir

Cəsarət Məmmədovun icra hakimiyyətində baş verənlərlə bağlı dediklərinə qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Çünki Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısının özü və köməkçisi, müavinləri, vətəndaşların müciətlərilə iş şöbəsi və s. Meydan TV-nin zənglərinə cavab verməyib.

5 nömrəli Regional Su-kanal İdarəsinin məktubunda isə iddia olunur ki, Cəsarət Məmmədovun işdən çıxarılması üçün yetərincə əsaslar var:

“Cəsarət Məmmədov 11 dekabr 2021-ci ildə idarə etdiyi “Ford Carqo” markalı su maşını ilə adına avtomobil sənədləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin Ağcabədi Regional Qeydiyyat İdarəsində olarkən orada münaqişə yaradıb. Orada polis nəfərini təhqir etdiyi üçün 8 sutka həbs olunub. Dəfələrlə bu və başqa xarakterli əmək vəzifəsinin pozulması hallarına yol verib. Buna görə də Əmək Məcəlləsinin 70 ç maddəsilə əmək müqaviləsinə xitam verilib”.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru