
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, bank sektorunda yeni təlatümlər gözlənilir. Artıq bu istiqamətdən məlumatlar gəlməkdədir. DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, hələlik adı gizli tutulan iki bankın 6 filialına qarşı əməliyyat hazırlanır.
Mənbə bildirir ki, həmin əməliyyatın başlıca nədəni kredit maxinasiyaları ilə bağlı hüquq-mühafizə orqanlarına dəlillərin daxil olmasıdır.
Onu da bildirək ki, 4 bankın bütünlükdə olaraq fəaliyyətinə qadağanın qoyulacağı da proqnozlaşdırılır. Mərkəzi Bankın bu yöndə addımlar atdığı, tədarük içində olduğu da gələn məlumatlardandır.
Əlavə bilgiləri təqdim edəcəyik.