Vətəndaş Qoşqar Təhməzlinin "qida terroru" ilə üz-üzə... - oteldəki faciə AQTA-nı ifşa etdi...
Tarix: 10-05-2024, 11:18 | Çap et
Bakıda "My Music" otelində 4 nəfərdən ikisinin ölümü, ikisinin ağır vəziyyətdə toksikologiya şöbəsinə çatdırılması hamını diksindirdi ki, ölkənin qida təhlükəsizliyi nəinki acınacaqlı, artıq ölümcül vəziyyətdədir. Anaxeber.info bildirir bu, əhali üçün bir həyəcan təbili oldu və istehlakçılar daha diqqətli olmağa çalışacaqlar. Çünki güvəndiyimiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin heç də etibar edilməli qurum olmadığı bu faciəvi hadisədən öz təsdiqini tapdı. Həmin gənclərdən ikisinin toksikologiya şöbəsinə çatdırılmasından görünürdü ki, onlar zəhərləniblər. Əlbəttə, qurumlar bir-birinin üstünə atmağa, məsuliyyətdən yayınmağa çalışır, lakin hazırda mediada tirajlanan əsas məlumat gənclərin "Black Jack" viskisindən öldükləri ehtimalıdır. Maraqlıdır ki, hələ ekspertizanın nəticələri açıqlanmamış "Abşeron-Şərab" ASC özünü ortaya ataraq iddiaları təkzib etməyə, fəaliyyətini təmizə çıxarmağa can atıb. Şirkət bəyan edib ki, onların məhsulları əvəzsizdir, belə bir hadisə ola bilməz. Amma bu tələskənlik göstərir ki, ASC narahatdır. Bunun ardınca Bakıda saxta spirtli içki istehsal edilən yerlərdə əməliyyat keçirilməsi də təsadüfi deyil. Hər halda, istintaq və ekspertiza dəqiq müəyyən edəcək ki, "My Music" otelində 4 dostdan ikisinin ölümü, ikisinin ağır vəziyyətdə xəstəxanaya çatdırılmasına səbəb nə olub. Bütün hallarda isə qida, yaxud spirtli içkidən bu faktın olması ehtimalı yüksək olaraq qalır. Ona görə də baş verənlər AQTA-nın insan həyatı ilə oynayan fəaliyyətini gözlər önünə sərir. Əslində, təəccüblənmək lazım deyil. Qurumun sədri Qoşqar Təhməzli qida təhlükəsizliyinə nəzarət etməkdənsə, biznesinə nəzarəti gücləndirir. Hətta nəinki gücləndirir, getdikcə inkişaf etdirir. Jurnalist Cavanşir Həsənlinin açıqladığı yeni faktdan məlum olur ki, AQTA sədrinin başı başqa işlərə qarışıb, respublikanın qida təhlükəsizliyi isə Allahın ümidinə qalıb. Belə ki, Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı MURAD RESİDENCEdir. Yəni Murad Təhməzli Residense! Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb. O 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub. Jurnalist davamı olaraq qeyd edir ki, o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?! AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq. Bəs, Zaqatalada dönərdən kütləvi zəhərlənməyə nə demək olar? Bu ölkənin qida təhlükəsizliyi kimlərin əlindədir? Bəlkə AQTA-nın işinin yoxlanması vaxtı yetişib? İstisna deyil ki, qurumun əməkdaşları arasında rüşvət alıb qanunsuz hallara göz yumanlar, hansısa iaşə obyektlərinə icazəsi olmadığı halda işləməyə şərait yaradanlar var. Dəfələrlə belə xəbərlər yayılıb ki, AQTA əməkdaşları ət satılan məntəqələrdən, dönərxanalardan, müxtəlif iaşə obyektlərindən "haqq" istəməklə onların işinə "yaşıl işıq" yandırıblar. Bu da Qoşqar Təhməzlinin qurduğu idarəçilik sistemidir. Görünür ki, AQTA belə qaydalarla idarə olunur. Lakin acı nəticəsi göz qabağındadır - azı iki gənc həyatını itirdi, ikisi ölümdən döndü. Təbii ki, bu faciəvi hadisə həm ölkənin spirtli içki, həm digər qida bazarlarında araşdırmaları gücləndirməyi tələb edir. "Abşeron-Şərab" ASC isə hər nə qədər əməlinin pak olduğunu izah etməyə çalışsa da, fakt bu şirkətin məhsullarının keyfiyyətinə inam şübhə altına düşdü. İstənilən halda, alıcılar bu informasiyalardan sonra sözügedən firmanın işçilərinə etibar etməyəcəklər və marketlərdə onlardan uzaq durmağa çalışacaqlar. Bir sözlə, Qoşqar Təhməzli qazandığı milyonlarla biznesini genişləndirməklə yanaşı, əhalinin üzləşdiyi "qida terroru"na qarşı mübarizəni də artırsın. Ümumiyyətlə, adıçəkilən qurum qida sənayesində təhlükəsizliklə bağlı yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi kimi, onun da işinə xitam veriləcəyi gözlənilir. İslahatlar paketi çərçivəsində təsis edilmiş AQTA eynilə MBNP kimi amöb bir qurum təsiri bağışlayır. Eyni zamanda sədr Qoşqar Təhməzli də ləğv edilmiş Palatanın keçmiş sədri Rüfət Aslanlının yolunu gedir. R.Aslanlı heç bir iş görmədiyi halda, narazılıq yaratmaq və xaricdə çaxır biznesinin olması ilə ad çıxarmışdı. Bu qurumun yarıtmazlığı öz təsdiqini tapdı və prezident ləğvinə sərəncam verdi. AQTA da effektiv fəaliyyət göstərmir və Q.Təhməzli biznesi ilə məşğuldur. Xatırladaq ki, dostlardan ikisinin öldüyü olay Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib. Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb. Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir.
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
|