
DİA.AZ: - Vergilər Nazirliyində struktur islahatları həyata keçirilə bilər. Bu barədə DİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, bu il yaranışının 14-cü ilinə qədəm qoyan Azərbaycan Vergilər Nazirliyində hələ də islahat zərurəti mövcuddur.
Mənbənin söylədikləri: «Bununla bağlı çoxdan qərar verilsə də, bu il bəzi dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən VN-nin regional idarələri ilə bağlı dəyişikliklər baş verəcək».
Mənbəmiz eyni zamanda Dövlət Gömrük Komitəsində də struktur islahatlarının həyata keçiriləcəyini qeyd edib: «Bu da təbii olaraq hər iki dövlət qurumunda həm də kadr islahatlarının baş verməsilə müşaiyət olunacaq».