
IV çağırışın başa çatmasına 3 ay qalmış Volqoqrad Vilayət Dumasında dəyişikliklər edilib.
ANS PRESS-in məlumatına görə, əslən azərbaycanlı olan Ruslan Şərifov növbədənkənar keçirilən seçkilərdə qələbə qazanıb.
O, “Lukoyl” şirkətinin keçmiş vitse-prezidentinin oğludur.
Ruslan Şərifov 2003-2009-cu illərdə də Volqoqrad Vilayət Dumasının deputatı olub.
O, 2009-cu ildə IV çağırışda seçkilərə qatılsa da, bir neçə səs azlığı üzündən deputat mandatı əldə edə bilməmişdi.