![Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb](/uploads/posts/2015-03/thumbs/1425965155_0001.jpg)
DİA.AZ: - Bəzi məmurların laqeydliyi nəhayətdə vadar edir ki, vətəndaşlar öz qeydlərinə qalsınlar. Yəni məmurların görməli olduğu işi vətəndaş həll etməyə girişir. Elə DİA.AZ-a yazan Astara sakinləri də nədən tez-tez işıqsız, elektriksiz qalmalarının səbəbini araşdırıblar və nəticəsini redaksiyamıza yollayıblar.
DİA.AZ-a yazan Astara rayonu Ojəkəran kənd sakini,müəllim Qafur Baxşiyev bildirir ki, şəkildə gördüyünüz bu yüksək gərginlikli elektrik xəttləri Xıçəso kəndinə gedir: “Tez-tez bu xəttlərin ucbatından rayonumuzun böyük bir ərazisi saatlarla, bəzən hətta günlərlə elektriksiz qalır. Xahiş edirəm, lazımınca işıqlandırın”.
Biz işıqlandırdıq... Yəqin ki, cənab Pirverdiyev olan-qalan səlahiyyətlərini toparlayıb heç olmasa bu rpoblemin həllinə çalışacaq...
![Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb](/uploads/posts/2015-03/thumbs/1425965158_01.jpg)
![Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb](/uploads/posts/2015-03/thumbs/1425965068_02.jpg)