“İdeal-İ İnşaat” MMC direktorunun müəmmalı həbsi - Ortada qaranlıq məqamlar var...
Tarix: 8-07-2015, 09:16 | Çap et
![“İdeal-İ İnşaat” MMC direktorunun müəmmalı həbsi “İdeal-İ İnşaat” MMC direktorunun müəmmalı həbsi](/uploads/posts/2015-07/thumbs/1436328988_0001.jpg) «Balansinfo.az»a daxil olan məlumata görə son günlər adı qalmaqallarda hallanan «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədov və onun yaxın qohumu və şəriki Məmmədov Çingiz Əkbər oğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dünən saxlanılıb. Buna səbəb adı çəkilən podratçı MMC-nin 10 ilə yaxındır sifarişçi “Baku Qrup” adlı MMC ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməməsi, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasındakı mənzilləri satıb pulunu mənimsəməsidir. Məlumatlı mənbə bildirir ki, hər iki məsul şəxs barədə artıq bir müddət imiş ki, həm binanın sifarişçisi “Baku Qrup” adlı MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi göndərilibmiş. Həbsin təfsilatı barədə əlavə məlumat veriləcək. *** Qeyd edək ki, İsa Məmmədovun qanunsuz əməlləri barədə «Təzadlar» qəzeti son saylarında vətəndaşların şikayəti əsasında geniş yazı dərc edib. Şikayət məktubunda deyilirdi: «Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq «direktorluqdan çıxaraq» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu «direktor» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, «Baku Qrup»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır. Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər. Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, «Təzadlar» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq. Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın. Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları».
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nura bu mahnını yenidən oxudu, trend oldu - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib - “Flightradar24”
Bu gün, 00:57 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya - Səfirliyimizdə “Bülbüloğlu ənənəsi” davam edir
Bu gün, 00:51 |
|
|
|
• USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır - ÇÜNKİ...
Bu gün, 00:47 |
|
|
|
• Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? - Beyləqanda ACINACAQLI DURUM
Bu gün, 00:39 |
|
|
|
• Bakı və Moskva arasında böhran - 500 min azərbaycanlının taleyi necə olacaq?
Bu gün, 00:33 |
|
|
|
• Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər - AKTUAL
Bu gün, 00:29 |
|
|
|
• Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14 |
|
|
|
• Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05 |
|
|
|
• "Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02 |
|
|
|
• Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46 |
|
|
|
• “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41 |
|
|
|
• “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44 |
|
|
|
• Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42 |
|
|
|
• İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39 |
|
|
|
• Paşinyan Münhenə getdi
Dünən, 22:38 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40 |
|
|
|
|