Dövlətin puluna xəyanət olunduğu daha bir ünvan... - İTTİHAM VAR
Tarix: 9-12-2015, 08:53 | Çap et
![Dövlətin puluna xəyanət olunduğu daha bir ünvan... Dövlətin puluna xəyanət olunduğu daha bir ünvan...](/uploads/posts/2015-12/thumbs/1449636865_0001.jpg) Ölkəmizdə tibbi təhsilə dövlət qayğısı ildən-ilə daha da artırılır. Azərbaycan Tibb Universitetində (ATU) ölkəmizin səhiyyə sistemi üçün savadlı həkimlərin yetişdirilməsi məqsədilə ölkə rəhbərliyi hər cür diqqət göstərir. Məhz bunun nəticəsidir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Tibb Universiteti ölkə səhiyyəsinə peşəkar kadrlar bəxş edib. Lakin sözügedən ali təhsil ocağında problemlər də az deyil. Belə ki, uzun illər universitetin baş mühasibi işləmiş, sonradan isə yeyinti faktına görə tutduğu vəzifədən kənarlaşdırılmış Şəfəq Qasımovanın haqqında maraqlı məlumatlar əldə etmişik. Mötəbər mənbənin bildirdiyinə görə, adıçəkilən xanım neçə illər Tibb Universitetinin bütün maliyyə məsələlərinə nəzarət edib: «Amma bir müddət əvvəl universitetdə çox böyük yeyinti faktı aşkarlandı. Buna görə Şəfəq Qasımova işdən azad edildi. Maraqlıdır ki, universitetdə çalışan yaxın qohumları onun bu təhsil ocağı ilə birdəfəlik vidalaşmasına imkan vermədilər. Məhz qohumlarının köməyi sayəsində həmin yeyinti faktının üstü ört-basdır edildi. Şəfəq xanım hazırda Tibbi Universitetinin baş mühasibinin müavini vəzifəsində çalışır. Vəzifəsi müavin olsa da, baş mühasibin bütün işlərini o aparır. Ümumiyyətlə, ali məktəbin maliyyə işləri yenə də onun nəzarəti altındadır. Uzun müddət bu vəzifədə işləyən Şəfəq xanım özünə böyük biznes şəbəkəsi yaratmağa nail olub. Onun xalası qızı Fəridə xanım Dövlət İqtisad Universitetində işləyir. Deyilənə görə, baş mühasibin müavini xalası qızı ilə şərikli biznes qurub. Şəfəq Qasımovanın Tibb Universitetində işləyən qohumlarının sayı-hesabı yoxdur. Fizika kafedrasının müdiri Sevinc Orucova onun bacısıdır. Kafedra müdirinin fəaliyyətindən əksəriyyət narazıdır. Həmçinin onun bəzi insanlardan pul alıb qaytarmadığı da bildirilir». Etibarlı mənbənin sözlərinə görə, Şəfəq Qasımovanın sözügedən universitetdə dayaqları çox möhkəmdir: «O, prorektor Malik müəllimlə qudadır. Belə ki, Malik müəllimin oğlu baş mühasibin müavininin qızı ilə ailə həyatı qurub. Şəfəq Qasımovanın həm oğlu, həm də qızı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin məzunu olublar. Deyilənə görə, onun övladlarına bütün müəllimlər güzəşt ediblər və qiymətləri heç nəsiz yazılıb. «Semaşko» xəstəxanasının yaxınlığındakı apteklərin bir çoxu keçmiş baş mühasibin xalası oğluna məxsusdur». Deyilənləri araşdırmaq məqsədilə Tibb Universitetinin baş mühasibinin müavini Şəfəq Qasımova ilə əlaqə saxladıq. Onun cavabı isə qısa oldu: «Belə şeylər yoxdur». Bu sözləri deyən xanım dəstəyi üstünə asdı. Görünür, yazılan məqamlarla bağlı verdiyimiz suallar onun ürəyincə olmadı. Lakin sabiq baş mühasibin istəyindən asılı olmayaraq baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Azərbaycan Tibb Universitetinin baş mühasibliyinin həm indiki, həm də Şəfəq Qasımovanın rəhbərlik etdiyi dövrünün fəaliyyətini dərindən araşdırmalıdır. Sonda cənab prezidentin bir müddət əvvəl səsləndirdiyi fikirləri xatırlatmaq istəyirik. Ölkə başçısı kimliyindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq dövlətin büdcəsinə ziyan vuran şəxslərin bağışlanmayacağını bildirdi. Mövzu ilə bağlı araşdırmalara başlamışıq. Yeni məlumat əldə edən kimi oxucularımızla paylaşacağıq. Bizi izləyin. Yazıda adı çəkilən hər bir şəxsin münasibət bildirmək hüququ var.\\cumhuriyyet.az\\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
• Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57 |
|
|
|
• Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50 |
|
|
|
• Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42 |
|
|
|
|