Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                 

Bu, qumar deyil, bəs nədir? - Həm də dövlət adına...
Tarix: 8-01-2016, 08:47 | Çap et
Bu, qumar deyil, bəs nədir?
Dünyada tendensiya mövcuddur ki, iqtisadiyyat tənəzzül edəndə üç sahə – nəqliyyat, rabitə, lotereya biznesləri çiçəklənir. Səbəb də insanların vurnuxması, necə deyərlər, saman çöpündən yapışmalarıdır. Hamı, ailənin az qala bütün üzvləri qazanc yeri tapmaq ümidi ilə evdən çıxır, bir-biri ilə zəngləşir, bəxtini sınamaq üçün boğazından kəsib bilet, kupon alır və nəhayət etibarilə günün axırında uduzduğunu anlayır. Mövcud reallıq isə sabah ona eyni şeyləri təkrarlamaqdan savayı heç bir işıqlı yol göstərmir.
Başqa bir tendensiya da budur ki, dünyanın inkişaf etmiş ölkələrində əvvəllər lotereya ilə məşğul olmuş iş adamlarını biznesin digər sahələrinə baş vuranda heç də məmnun qarşılamırlar, bir sözlə, əliəyri, qumarbaz hesab edib onlardan ehtiyatlanırlar.
Qumar dedikdə isə bəziləri yalnız təmirsiz otaqda, sinəsi açıq, ağzında siqaret, söyüş söyən lotuların iştirak etdiyi oyun başa düşürlər. Halbuki lotereyanın özü də mədəni qumardır. Gerçəklik bundan ibarətdir ki, Azərbaycanda lotuların təqib olunan qumarında, qeyri-leqal kazinolarda hətta xam iştirakçının belə udmaq şansı lotereyada qazanmaq şansından yüksəkdir.
2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə qayda-qanun yaradılacağına ümid edilirdi. Qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında monopoliya əvəz etdi və başqa bazar iştirakçılarını sıxışdırıb məhv elədi. Və özbaşına qaldı, rəqabətsizlik mühitində meydan suladı, lotereya həvəskarının isə seçim etmək imkanları qalmadı.
Oxucularımız sırasından lotereya həvəskarları gileyənirlər ki, ümumiyyətlə, lotereya tirajları çox hay-küylü və yorucu musiqi sədaları ilə keçirilir və həddən artıq boş danışıqlara yol verilir ki, bu da çox yorucudur. Aşkar etmişik ki, bu hay -küyün özü də məqsədli şəkildə yaradılır. Məqsəd heç də yalnız şən atmosfer yaratmaq deyil, həm də televiziya seyrçilərinin diqqətini təşkilatçıların tirajda tətbiq etdikləri hoqqabazlıqlardan yayındırmaqdır. Buna bəlkə də inanmazdıq, ta ki öz gözlərimizlə şahid olmasaydıq. Biz – “Azərbaycan” informasiya agentliyinin təmsilçiləri başda olmaqla bir qrup kütləvi informasiya vasitələri işçiləri qərara gəldik ki, indiyədək “Azərlotereya”nın ədalətsizliyindən gileylənən loto həvəskarlarının bu oyuna inamsızlıqlarını əks etdirən rəy və şərhlərini ümumiləşdirib həqiqətə nə qədər uyğun gəldiyini yoxlayaq. Bir araya gəlib hamımız eyni məkanda ardıcıl bir neçə tirajı geniş ekranlı televiziya qarşısında izlədik. 6 yanvar 2016-cı il tarixində saat 19.30-da “Space” telekanalında yayınlanan “Azərlotereya”nın “Klassik loto” oyununun 168-ci tirajında müşahidə etdiklərimiz bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Təsəvvür edin, lotereyanın ən bahalı uduşunun aqibətini təyin edəcək axırıncı kürəcik mexanikanın qanunlarına, sərbəst düşmə təcilinə uyğun surətdə bütün yolu qət edib yazıq iştirakçılardan hansınısa sevindirməyə hazır olanda barabanın ağzı kilidləndi, onun fırlanması sanki yenidən təkan aldı. Paralel olaraq, aparıcı da coşqulu səsi ilə araya söz qatıb “əziz lotereya həvəskarları”nın diqqətini özünə cəlb etməyə çalışdı. Və… ekran arxasında izləyicilərdən kiminsə sinəsindən “ah” nidası qopdu, kiminsə qıcanmış dişlərinin arasından “Lyanuşka”nın ünvanına qarğış püskürdü. Barabandan vicdanlı iştirakçının gözlədiyi deyil, başqa nömrəli – təşkilatçıya sərf eləyən kürəcik çıxdı. Bu detalları birmənalı olaraq bütün monitorinq qrupunun üzvləri olan media işçiləri müşahidə etdik və yekdil qənaətə gəldik ki, təşkilatçı iştirakçıları aldadır. Tiraja dəvət olunan münsiflər isə bizim gördüklərimizi görə-görə, bizim bildiklərimizi bilə-bilə tirajın guya ədalətli, qaydalar çərçivəsində, tam şəffaf keçirildiyini müqəvva kimi təsdiqlədilər.
Yenə əvvəllər barı iri uduşların qaliblərini növbəti tirajda studiyaya dəvət edib hamıya göstərirdilər. Onlar da öz növbələrində iştirakçılara “uduzduqlarınızı bizə halal edin” demək əvəzinə, “Azərlotereya”ya minnətdarlıq edirdilər. Söz gəzirdi ki, bu şəxslər həqiqətən lotereyası udanlar deyil, təşkilatçının təklif etdiyi müəyyən mükafat qarşılığında sövdələşməyə gedərək efirə çıxan, yalana dəstək verən adamlardı. Görünür, sonradan qalib kimi təqdim olunanların üzlərindəki təbəssümün saxtalığını özü də müşahidə etdiyindən, təşkilatçı daha onları studiyaya çağırmadı. Tamaşaçılardan bir qismini studiyaya yığmaq, torbadan daş çıxarmağı onlara təklif etmək kimi əvvəllər mövcud olmuş ənənədən də vaz keçildi. Aparıcı qismində dəvət olunan nüfuzlu incəsənət adamları da tədricən “Azəırlotereya”dan qaçaq düşdülər. Çox güman, onlar da el içində olan-qalan hörmət-izzətlərinin oyunların ədalətsizliyi, saxtakarlığı fonunda itib-batmaması ilə qayğılanaraq, batan günəş olanadək gözləmədilər, üzüsulu getdilər.
İndiyədək KİV-də dəfələrlə ictimai rəylər bidirilib ki, «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır. Bu fikir yanlışdır. Münsiflər məsələyə müdaxilə edirlər, həm də kobudcasına. Bir daha təkrar edirik, həyasızcasına, abırsızcasına saxtakarlığı ört-basdır etməyə çalışırlar. “Azərlotereya”nın acgözlüyü o həddə çatıb ki, xalqımızın tarxinə yazılmış təqvimin qara günlərində belə tiraj keçirməkdən utanmır. Buna əxlaqsızlıqdan, özünü millətə yad tutmaqdan başqa nə ad vermək olar?
Son olaraq oxucularımıza, onların sırasından lotereya aludəçilərinə üz tutaraq müraciət edirik ki, “Azərlotereya”nın fırıldaqlarına aldanmayın. Olsa-olsa, biletiniz yaxşı halda 1 manat udacaq ki, onun da əvəzinə növbəti bilet götürəcəksiniz. Təşkilatçı bunu yaxşı bildiyindəndir ki, uduşların əksəriyyətini məhz manatlıqlar təşkil edir. Bu suallar barədə düşünün ki, niyə hər tirajın uduş fondu tam olaraq həmin tirajda udulmur? Nə üçün haman pullar və uduşa qoyulan maşın turdan-tura keçməli və başqasına çatmalıdır? Satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət də ciddi deyil.
Müşahidələrimiz davam edir və “Azərlotereya”nın fəaliyyətində qeydə aldığımız digər neqativ halları da irəliləyən saylarımızda oxucuların müzakirəsinə təqdim edəcəyik.
aia.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru