“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                 

ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”
Tarix: 7-09-2012, 13:51 | Çap et
ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”

“BU İL DƏ TƏHSİLİMİZDƏN HEÇ NƏ GÖZLƏMİRƏM”

DİA.AZ: - Bir neçə gün öncə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının mətbuatda geniş müsahibəsi dərc olundu. Müsahibəsində o, hər il yaşanan dərslik problemindən tutmuş kurikulumun tətbiqinədək bir çox məsələlərə toxunmuşdu. Bununla bağlı bəzi məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının da münasibətini öyrəndik.

– 2008-ci ildə yeni kurikulumların tətbiqinə start verildi və indiyədək onlar əsasında yalnız 1-4-cü siniflərin dərslikləri hazırlanmışdı. Bu ildən isə 5-ci siniflər üçün yeni dərsliklərin istifadəsinə başlanılacaq. Bu haqda nə deyə bilərsiniz?
– Sualınızın cavabına bir az uzaqdan gəlmək istərdim. Qeyd etdiniz ki, bu dərsliklər yeni kurikulumlar əsasında hazırlanıb. Əvvəla gəlin görək, kurikulumların özləri necədir, yəni onlar tənqidə nə dərəcədə davamlıdır, sonra keçərik dərsliklərə.
Yəqin ki, kurikulumların hansı abırda olması barədə çap olunan silsilə yazıları və cild-cild kitabları oxumusunuz. Təhsilimizi xar edən bu eybəcər sənədlər haqqında indiyədək nə qalıb deyilməsin: “yalançı kurikulumlarla təhsilimizin məzmunu dağıdıldı”; “hazırkı kurikulumlar sınıq-salxaq şeylərdir, yoluq cücəyə bənzəyir”; “bugünkü kurikulumlar təhsilimizə qarayaradır”; “onlar müəlimlərimiz üçün əngəl-kələfə çevrilib” və s. Kurikulumlar bu gündə olanda, indi təsəvvür edin, onlar əsasında “hazırlanmış” dərsliklər nə gündədir. Üstəgəl dərslik müəlliflərimizin spektrinə nəzər salın, görün onlar kimlərdir. Bir çoxunun savadsızlığı, naşılığı və ya səriştəsizliyi onların cızmaqaralarının ilk 3-4 səhifəsindən açıq-aşkar görünür. Bir sözlə, bizim ibtidai sinif dərsliklərinin səviyyəsini postulat şəklində belə ifadə etmək olar: Dünyanın heç bir ölkəsində bu dərəcədə bədnam dərsliklər yoxdur!
Bu gün 5-ci siniflərin yeni dərslikləri haqqında nazirlik yetkililəri çox danışırlar, guya onlar, əvvəlkilərdən fərqli olaraq, görənək olacaq. Nə qalıb, bir neçə gündən sonra bu dərslikləri də görəcəyik. Bəlli olacaq ki, onlar daha betər vəziyyətdədir. Digər tərəfdən, bədbəxtçiliyin dərəcəsinə baxın, 5-ci sinif dərslikləri rəsmi kurikulumlar ortalıqda olmadan hazırlanıb. Belə olan təqdirdə görülən işin ciddiliyindən necə danışmaq olar?!

– Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə deyir ki, kurikulumlar təsdiq olunub, amma toplu halında çap olunmayıb...
– Məsələ də elə bundadır, guya kurikulumlar təsdiq olunub, sadəcə olaraq, onları çap edə bilməyiblər. Əgər kurikulumlar kitab halında deyilsə, onlara necə rəsmi sənəd statusu vermək olar?! Onlar haqqında necə rəy bildirmək olar?! Elektron variantı haqqında tənqidi bir fikir söyləyəcəksən, götürüb dəyişdirəcəklər, heç nəyi də sübut edə bilməyəcəksən. Amma onlar kitab şəklində çap olunsa, bunu edə bilməyəcəklər. Siz özünüz deyin, diskdəki, yaxud fləşdəki hər hansı materialı rəsmi sənəd saymaq olarmı? Şahbazlıdan soruşsaq ki, müsabiqəyə dərsliklərin çap yox, elektron versiyasını təqdim etsələr, onları qəbul edərsinizmi, yəqin deyəcək: əlbəttə yox! Yaxşı onda niyə kurikulum kimi ciddi sənəd cəmiyyət arasında kitab halında yox, disklərdə və fləşlərdə “əl-əl” gəzir.

– Bəs onda kurikulumların çap olunmamasının əsas səbəbi nədir?
– Əsas səbəb onların alayarımçıq olmasıdır. Daha doğrusu, kurikulumları başa gətirə bilmədiklərindən çap edə bilmirlər. Yalandan dövlətə və hökumətə hesabat verirlər ki, guya 5-11-ci siniflərin kurikulumları hazırdır və 02.06.2011-ci il tarixində nazirin 963 saylı əmrilə təsdiq olunub. Ortada isə kurikulumların məzmun standartlarının layihəsindən başqa bir şey yoxdur. Vəziyyətin həddən artıq kritik olması nazirin həmin əmrinin 6-cı bəndindən də açıq-aydın görünür: “Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər”. Necə yəni “redaktə xarakterli və digər aidiyyəti düzəlişlər (?!) oluna bilər”? Axı, bu deyilənlər də daxil, bütün prosedurları keçib gəldikdən sonra kurikulumlar təsdiq edilə bilər. Burada bir şeyi də deyim: Yalandan da olsa, məzmun standartlarının layihələri uydurma kurikulum layihəsi adı ilə “Azərbaycan müəllimi” qəzetində dərc olundu, riyaziyyatdan heç bunu da etmədilər. Belə çıxır, cənab nazir yarımçıq sənədləri təsdiqləməklə öz imzasına hörmət etməyib...
Sizi əmin edirəm, bundan sonra hələ bir il də keçəcək, yenə 5-11-ci siniflərin kurikulumları çap olunmayacaq. Buna dəqiq inanmaq istəyirsinizsə, maraqlı bir araşdırma da apara bilərsiniz. Yüz bəhanə gətirəcəklər. Yəqin əsas bəhanələri də bu olacaq ki, maliyyə vəsaitimiz çatışmır, ona görə də çap edə bilmirik. Halbuki buna o qədər də maliyyə gərək deyil. Onda sual verin: Necə olur ki, boş-boş şeylərə vəsait tapa bilirsiniz, amma təlimin təməlini təşkil edən kurikulumların çapına tapa bilmirsiniz? Əgər buna da bir söz tapsalar, onda şəstlə deyə bilərsiniz: Təsdiq etdiyiniz kurikulumların elektron variantını on günə redaksiyamıza təqdim edin, bir təşkilat var, onları kitab halında çap etmək istəyir. Görək onda nə deyəcəklər...

– Faiq müəllim həm də dərsliklərin məzmununun yenilənməsindən, onların keyfiyyətinin yaxşılaşmasından danışır...
– Faiq Şahbazlı və onun təmsil etdiyi qurum dediklərindən arxayın olsaydı, böyük bir təqdimat törəni keçirər, “keyfiyyətli dərsliklərini” ictimaiyyətə təqdim edər, biz də sizinlə birlikdə onların yaxşı və ya pis cəhətlərinin nədən ibarət olduğunu görərdik. Adam “dərsliklər hazırdır, məktəblərə çatdırılıb” – deyir, amma onları ictimaiyyətə təqdim etmək istəmir. Yanğından mal qaçırırmış kimi, onları gizlətməyin məntiqi nədir?! Onsuz da beş-altı gündən sonra hər şey ortada olacaq...

– Amma dərsliklərin keyfiyyətinə nəzarət üçün müstəqil Dərslikləri Qiymətləndirmə Şurası var, deyir...
– Bu da təhsil məmurlarının quyruqlu yalanlarından biridir. Əgər bir qurumun üzvləri, ekspertləri nazirlik tərəfindən seçilib təsdiq və ya azad edilir, əsasnaməsinə görə nazirlik qarşısında hər il hesabat verirsə, onun nəyi müstəqildir? Müstəqil təşkilat da başqa qurum qarşısında hesabat verərmi? Həmin qurumun üzvləri ölkədə tanınmış və çoxlu sayda dövlət işləri olan şəxslərdir. Onların bir neçə günün içərisində minlərlə səhifə dərsliyi saf-çürük edib düzgün qiymətləndirməsi haqqında cəfəngiyyata qarğalar da gülər.

– Bəs onda bu şəxslərin orada təmsil olunmasının məntiqi nədir?!
– Məntiqi çox sadədir. Nazirlik onların gur-gur guruldayan adlarından və titullarından istifadə edir, dərsliklərin qiymətləndirilməsi sahəsindəki zibillərini süpürərək xalça altına yığır. Onlar da bunun qarşılğında yeni vəzifələr və dərslik müəllifliyi əldə etmək şansı “qazanırlar”.

– Belə görünür, ölkədə dərslik müəllifliyi məsələsi hələ də həll olunmayıb...
– Mən dəfələrlə dediyim bir fikri yenə təkrar edirəm: Misir Mərdanov nazir olduğu müddətdə Azərbaycan təhsilində nəinki dərslik problemi, heç bir problem həll olunmayacaq. Onun komandası problemləri həll etməklə yox, problem yaradıb ondan “bəhrələnməklə” məşğuldur. Baxın, indiyədək, nazir və Faiq Şahbazlı başda olmaqla, nazirliyin şöbə müdirləri, onların qohum-əqrəbaları, DQŞ üzvləri dərslik müəllifi olurdularsa, indi övladlarını da bu işə “qoşublar”. Ötən il Faiq Şahbazlının qızının iki dərsliyi çap olundu. Görək o, bu il şapkasından daha nələri çıxaracaq...

– Yeni dərs ilinin başlanmasına sanılı günlər qalır. Təhsil sahəsində bu ildən nə gözləntiləriniz var?..
– Qovut bilirsinizmi nədir? İndini bilmirəm, əvvəllər qovrulmuş buğdanı kirkirədə çəkib un halına salardılar, adına da deyərdilər: qovut. Molla Nəsrəddinin məşhur lətifəsi var.
“Bir gün Molla torbasındakı qovutu yemək istəyirmiş. Möhkəm də külək əsirmiş. O, qovutu ovcunda ağzına yaxınlaşdırarkən külək sovurub aparırmış. Görənlər soruşurlar:
– Molla, yediyin nədir?
Molla cavabında deyir:
– Külək belə əssə, heç nə!”
Sizin bu sualınızı da eyni cür cavablandırardım: İşlər belə davam edərsə, təhsilimizdən builki gözləntim: “heç nə!”...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru