![Sumqayıtın icra başçısı Eldar Əzizovun qələmi qırıldı Sumqayıtın icra başçısı Eldar Əzizovun qələmi qırıldı](/uploads/posts/2014-01/thumbs/1390234039_01.jpg)
DİA.AZ: - Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a Sumqayıtdakı mənbələr məlumat verib.
Xəbəri verən qaynaq iddia edir ki, bu gün Eldar Əzizov Bakıya çağrılıb və Prezident Administrasiyasında ona xəbərdarlıq edilib.
Mənbənin söylədikləri: «Eldar Əzizovun hansısa yeni vəzifəyə təyinatı gözlənilmir. Onu birdəfəlik olaraq işdən alırlar. Artıq Sumqayıt rəhbərliyindən bir çoxları bu xəbərdən məlumatlıdır».
Xatırladaq ki, Eldar Əzizov 2011-ci ilin 18 fevral tarixindən Sumqayıt şəhər icra başçısı vəzifəsini tutur. Buna qədərsə o, Gəncəyə rəhbərlik edirdi.