Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                 

Göyçayda siçanlar oynayan uçuq məktəb... - NAZİRİN NƏZƏRİNƏ!
Tarix: 3-12-2024, 08:36 | Çap et
Göyçayda siçanlar oynayan uçuq məktəb...
“Hər il deyirlər ki, məktəb yenilənəcək. Amma illərdir ki, bu məktəb bərbad haldadır. Ötən yay əsaslı təmir adı ilə təkcə dam örtüyü dəyişdirildi, bina yararsız vəziyyətdə qaldı. Heç kəsə açıqlama da verilmədi ki, təmir niyə tam aparılmadı…”

Bu şikayət Göyçay rayonu Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbindəndir.

Məktəb 1981-ci ildən fəaliyyətə başlayıb, amma iki il öncə yararsız və bərbad hala düşüb.

Sakinlər o vaxt da Meydan TV-yə təmirin yarımçıq aparıldığını demişdilər. 2023-cü ilin iyulunda məktəbin dam örtüyü dəyişdirilsə də, köhnə və yararsız binada əsaslı heç bir təmir işi aparılmayıb.

Məktəbdə hazırda uçub-tökülən qırx sinif otağı, sökülən tavan və döşəmə, şüşəsiz, sınıq pəncərə və qapıları daha da bərbad vəziyyətə düşüb. Yenə də şagirdlər kerosinlə silinmiş otaqlarda siçan və siçovullarla birgə dərs keçmək məcburiyyətində qalıblar.

“Sinif otaqlarında siçan doludur. İkinci mərtəbənin otaqları çox bərbaddır. Taxta döşəmə çürüyür, qaralıb, iri deşiklər əmələ gəlir. Pəncərələr şüşəsizdir, sellofan vurulur. Nöyüt ilə silinmiş otaqlarda siçan iyindən oturmaq olmur. Deyirlər ki, ağ geyinin. Bu vəziyyətə ağ geyim dözər? Ağ geynirsən, qara rəng alır”, – deyə valideyn Ceyran İsmayılova Meydan TV-yə bildirib.

“Hər şagirddən 8 manatdan pul toplanılıb sinif rəhbərinə verdik”

Valideynlər deyirlər ki, məktəbin vəziyyəti ilə bağlı mətbuata danışmağa da qadağa qoyulub. Vəziyyət elə gətirib ki, məktəbdə 50 şagird azalıb, çünki bir çox valideynlər övladlarının bu şəraitdə oxumasını istəmirlər, başqa məktəblərə köçürmək məcburiyyətində qalıblar.

Onlar tez-tez məktəbdə şagirdlərdən pul yığıldığını da deyirlər:

“Sinif rəhbərləri deyir ki, gəlin toplaşıb sinif otağını boyadaq, pərdə, parta üçün üst örtük, paltar üçün asılqan, zibil qutusu alaq. Hər şagirddən səkkiz manatdan pul toplanılıb sinif rəhbərinə verdik. Alıb gətirəcək. Bəs pəncərə, tavan, döşəmə, invertarları necə və kim təmir edəcək? O təmiri də biz valideynlər edəcəyik?“.

Məktəbin adının çəkilməsini istəməyən şagirdlərindən biri də problemi Meydan TV-yə bölüşüb.

Onun sözlərinə görə, soyuq havalarda siniflərdə oturmaq mümkün deyil:

“Şəxsən dərsdə olarkən iki dəfə siçanı ayağımın üstündə gördüm. Otaqlarda siçanlar gəzişir. Yekə deşiklərə təmir adı ilə taxta vururlar, ya zibil doldururlar. Qışdır, soyuq havada belə təmirsiz otaqda isinmək olmur. Gün ərzində iki-üç odun parçası nə edəcək?“.

Şagird bildirib ki, ötən ilin yayında dam örtüyü dəyişdiriləndən sonra yağıntılı havalarda sinif otaqlarına yağış dammır, yalnız bu problem həll olunub. Amma bufetindən tutmuş ayaqyoluna qədər hamısı yararsızdır. Ona görə də əsaslı təmirə və yeni binaya ehtiyac var.

Valideynlər və şagirdlər yaşananlara görə rayon rəhbərliyini, eyni zamanda, Elm və Təhsil Nazirliyini qınayırlar. Onlar hesab edirlər ki, nazirlik işini yarımçıq görüb.

“Sinif otaqlarında invertarlar da yararsızdır, illərdir yenilənmir”

Antisanitariyadan gileylənən şagirdlər deyirlər ki, əslində, onlara məktəbin tam təmir olunması ilə bağlı söz verilib, amma nazirlik bu vədi yerinə yetirməyib, sadəcə, dam örtüyünü dəyişməklə kifayətlənib.

Onların dediyinə görə, siniflərdə invertarlar və əşyalar da köhnəlib, heç biri təmir olunmur, yenilənmir.

Bunu təhsilə biganə münasibət kimi qiymətləndirən şagird və valideynlər ölkə rəhbərliyindən bu məsələyə diqqət ayırmağı xahiş edirlər.

“Məktəbdə ayaqyoludan gələn üfunət iyi də əcaib mənzərə yaradıb. Heç kəs koridorda rahat gəzə bilmir. Görəsən, bu, nə qədər davam edəcək, nə vaxt məktəb normal hala salınacaq, nə vaxt biz şagirdlər yeni məktəb binası görəcəyik?“.

“Məktəb üçün yer ayırsalar da, tikinti aparılmadı, mane oldular”

Sakinlərin dediyinə görə, rayonun Aşağı Qaraməryəm kənd tam orta məktəbində də analoji vəziyyət hökm sürür. Belə ki, Aşağı Qaraməryəm kənd tam orta məktəbi tamamilə tədris standartlarına yad, istifadə təyinatı bilinməyən köhnə bir binada qərarlaşıb.

200 nəfər şagirdin təhsil aldığı məktəbin sinif otaqları yararsız və şəraitsizdir.

Kənd sakinləri deyirlər ki, çoxsaylı müraciətlərdən sonra yeni məktəb binası üçün yer ayrılıb tikintiyə başlanılsa da, sonradan işlər naməlum səbəblərdən yarımçıq dayandırılıb.

Kənd sakinləri Mırtı məktəbinin Aşağı Qaraməryəm məktəbinə birləşdirilməsindən ehtiyat edirlər. Onlar ehtimal edirlər ki, tikinti də bu səbəbdən gecikdirilir:

“Bizim məktəb binası heç bilmirik nə binası olub. Yararsız, köhnə və təhsilə uyğun olmayan binadır. Qonşu Alxasava kənd məktəbinin 180 şagirdi var ki, ona yeni bina tikildi. Ötən ilin dekabrında baxış keçirib məktəb üçün yer ayırsalar da, tikinti aparılmadı, mane oldular. Seçkilərdən sonraya, sonra da oktyabra saxladılar. Ancaq tikinti getmədi. İndi də birləşdirmə söhbətini salıblar ki, siniflər üzrə 7-8, ən çox 15-16 şagird olur. Düşünürük ki, iki məktəbi birləşdirmək istəyirlər. Onda bir məktəbin 400 şagirdi olar. Ancaq onda da məsafə çox olacaq, dərs saatı azalacaq, çox müəllimə ehtiyac olmayacaq. İki ildir ki, məktəbə kitabxanaçı da göndərmirlər. Bu artıq bizi şübhələndirir”.

Hər iki məktəbdən bildirilib ki, təmir və yeni bina tikintisi üçün Elm və Təhsil Nazirliyinə müraciət olunub və onlardan cavab gözləyirlər.

“Hər iki məktəb binasındakı mövcud vəziyyət barəsində məlumatlıyıq”

Elm və Təhsil Nazirliyi isə Meydan TV-nin sorğusunu şərh etməyib.

Nazirlikdən bildirilib ki, sorğuya Mərkəzi Aran Regional Təhsil İdarəsi cavab verəcək

Regional idarədən göndərilən cavabda isə əsasən də indiyə qədər görülən işlər barədə məlumat verilib və “tərifnamə” yazılıb.

Ardınca isə qeyd edilib ki, hər iki məktəb binasının mövcud vəziyyəti barədə məlumatlıdırlar.

Hər iki məktəbin təmirinin nəzərdə tutulduğu deyilsə də, ancaq Mırtı kənd tam orta məktəbinin yarımçıq təmir probleminə və Aşağı Qaraməryəm məktəbi üçün yeni bina tikintisinin niyə yarımçıq saxlanılması ilə bağlı müəmmaya aydınlıq gətirilməyib:

“Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 348 ümumtəhsil, 163 məktəbəqədər, 14 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son 2 ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 51 təhsil müəssisəsi təmir olunub, 3 yeni təhsil müəssisəsi tikilərək istifadəyə verilib. Aşağı Qaraməryəm kənd tam orta məktəb və Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbləri ilə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, hər iki məktəb binasındakı mövcud vəziyyət barəsində məlumatlıyıq. Adları çəkilən təhsil müəssisələrinə regional idarənin əməkdaşları tərəfindən baxış keçirilib”.

“Hazırda Heydər Əliyev Fondu tərəfindən daha böyük şagird tutumu üçün nəzərdə tutulmuş Qarabaqqal məktəbinin tikintisinə başlanıb. Aşağı Qaraməryəm kənd məktəbi də tikintisi aparılacaq təhsil müəssisələri arasındadır. Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbi ilə bağlı qeyd edirik ki, ümumi təhsil müəssisəsinin əsaslı təmir və ya tikintisi ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Adıçəkilən təhsil müəssisələri haqqında səsləndirilən digər iddialarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, – deyə sorğuya cavabda qeyd olunub.

Sakinlər isə ümid edirlər ki, nazirliyin rəhbər şəxsləri təhsil müəssələri ilə yaxından tanış olub gerçək mənzərəni görsələr, bəlkə də, hansısa əməli hərəkətə keçəcəklər.

“Daha şagirdlərin 8 manatına möhtac qalıb, valideyn cibi hesabına sinifləri təmir etdirməzlər”, – deyə onlar qeyd ediblər.

Göyçayda siçanlar oynayan uçuq məktəb...
Göyçayda siçanlar oynayan uçuq məktəb...
Göyçayda siçanlar oynayan uçuq məktəb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Dünən, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Dünən, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Dünən, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Dünən, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Dünən, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Dünən, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Dünən, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru