Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Buzovna qayalıqlarında təmizlik aksiyası yerli sakinlər tərəfindən davam etdirilir. "DİA-AZ" xəbər verir ki, amma buna rəğmən əlaqədar qrumlar isə hələ də ortalıqda görünmür. Görünür, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov cənabları möhkəmcə qış yuxusuna gedib. Əgər belə olmasaydı, sakinlər başçının görməli olduğu işi, vəzifəni üstlənməzdilər...
2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü. Hətta o tullantılar belə əlaqədar qurumlar tərəfindən təmizlənmədi.
O vaxtan etibarən həmin inşaat tullantıları yerli camaat və digər bölgələrdən gələn iştirakçılar tərəfindən təmizlənilir.
Buzovna sakinlərinin səyi nəticəsində, ETSN-nin 2 may 2024-cü il sərəncamı ilə əraziyə bölgə əhəmiyyətli tarixi abidə statusu verilib.
Lakin ərazinin xüsusi mühafizə olunan ərazi statusu almasına baxmayaraq, bu yaxınlarda orada qeyri-qanuni məskunlaşmış şəxslər tərəfindən yeni tikililərin tikilməsinə cəhd edilib. Buna baxmayaraq yerli sakinlərinin vaxtında reaksiyası nəticəsində bunun qarşısı alınıb.
Ərazinin mühafizəsi, tullantılardan təmizlənməsi və bərpa edilməsi ETSN və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti ilə baş tutmalıdır, ancaq 9 aydan çoxdur ki, heç bir dəyişiklik yoxdur.