
Az əvvəl ayrı-ayrı neft mədənlərində çalışan neftçilərin əvəzlənməsi ilə bağlı ciddi problemlərin yaşandığını diqqətinizə təqdim etmişdik.
YAZISI BURADA: "Növbə dəyişimi gəldi, özü ilə dərd-qəmi də gətirdi..." - NARAZILIQ VAR...
Onu da qeyd etmişdik ki, b8ununla bağlı neftçilərin total narazılığı müşahidə olunmaqdadır.
Bu məsələ həm də Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) nəzarəti altıdnadır. "DİA-AZ" xəbər verir ki, neftçilərin problemilə bağlı NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbətiu müraciətilə çıxış edib. O bildirib:
"Rayondan nə qədər adam gəlib, 5 saat yol gəliblər. Çağırmısınız gəliblər. İndi onlar nə etsinlər?
SOCAR prezidenti cənab Rövşən Nəcəf, və sahə üzrə məsul şəxslər....
Xidməti maşınınız hələ köhnəlməyib ki? İşə rahat gəlib-gedirsiniz?
Təbii ki....
Amma dənizdə neft hasil edən neftçilər neçə müddətdir yollarda əziyyət çəkirlər. Niyə, onların günahı nədir?"
Qeyd edək ki, M.Qəhrəmanlı eyni zamanda neftçilərdən birinin müraciətini də ictimailəşdirib. Beləliklə, hazırda çətin durumda olan neft çalışanı bildirir:
"Bu günü hesablasaq 12 günümüz qalıb ayın axırına. Gələn ay necə dolancağıq? İndi də deyirlər ki, gəmi olmayacaq. Gecəni gözləyin.
Rayondan nə qədər adam gəlib, içi mən qarışıq...
5 saat yol gəlmişəm... İndi nə edim?"
And olsun Allaha ki, belə hava ilə min dəfə dəyişmişik növbəni.