Qaralovanın QARALTDIĞI DAHA BİR HƏYAT... - Sön sözü HAKİM DEYƏCƏK...
Tarix: 25-04-2025, 08:43 | Çap et
 "2021-ci ilin sentyabrında ölkənin hər yerində Vətən Müharibəsi şəhidlərinin birinci anım günü qeyd olunurdu. Görünüb ki, matəm günlərində adam qara libas geyinər və yaxud ən azı al-əlvan geyinməz. Millətimiz bu qaydanı həmişə gözləyib, qoruyub... Həmin ilin anım günündə külli-aləm bir qadından danışırdı. Həmin qadın o zaman Abşeron Rayon Səhiyyə şöbəsinin müdiri işləmiş Qaralova Mehriban Zahid qızı idi..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb. O daha sonra əlavə edib: "Mehriban xanım deyəsən anımla toyu qarışdırıb tədbirə qıpqırmızı geyimdə gəlmişdi. Hələ qırmızı ayaqqabısını, qırmızı maskasını demirəm. Vətən övladlarının al qana boyanmağını al geyimlə qarşılayan bir məxluqun Azərbaycan xalqına məxsusluğuna o vaxtdan şübhə etdim. Onsuz da bu qadının illərdi oturduğu kresloda özünü firon kimi aparmağı, "qansız"lığı hamıya məlum idi. İki çağırış Milli Məclisin deputatı olmuş atası Zahid Qaralov, 2000-2020-ci illərdə baş prokuror olmuş əmisi oğlu Zakir Qaralovun kölgəsində tabeliyindəkilərə çox haqsızlıqlar edib. Neçə həkimi, tibb işçisini işdən çıxardıb, şərə salıb. İş yerini şər yuvasına çevirib. Zakir Qaralovun sayəsində prokurorluqdakı bəzi müstəntiqlərlə də yaxşı iş birliyinə girib. Ona görə də çox işlərini ört-basdır etməyi bacarıb. Lakin Zakir Qaralovun işdən çıxarılması və özünün "qırmızı geyim" hadisəsindən sonra Mehriban Qaralova postunu itirdi. Bir müddət işsiz qaldıqdan sonra indi Xocəsən Sağlamlıq Mərkəzinin direktoru olaraq peyda olub. Yəqin bəzi adamlar üçün bu cür səhiyyə işbazı sərf edir. Bu Mehriban Qaralovanın qara işlərindən çox misallar gətirmək olar. Son sərgüzəştlərindən biri Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızı ilə bağlıdır. Arzu xanımın dediklərinə əsasən o Mehriban Qaralova tərəfindən sözün əsl mənasında şərə salınıb. Beləki, 2022-ci ildə Arzu Bədəlovanın qəbul etdiyi bir doğuş zamanı körpə ölüb. Arzu həkim ölümün səbəbini tam dəqiqləşdirmək üçün valideynlərə meyitin yarılmasını təklif edib. Onlar əvvəl razı olmasalar da sonradan razılaşıblar. Bu barədə həmin vaxt səhiyyə şöbəsinin müdiri işləmiş Mehriban Qaralova da məlumatlandırılır. Onun tapşırığı ilə hadisə haqqında prokurorluğa bildirilir. Prokurorluqdan onlara şikayət daxil olmadığını deyirlər. Lakin 10-15 dəqiqə sonra müstəntiq Faiq Sultanov zəng edərək xəstəxanaya gələcəklərini bildirir. Müstəntiq gəlir və körpənin meyitini ekspertizaya aparırlar. Orada meyit təşrih olunur (yarılır). Hadisə vaxtı və sonrakı günlər valideynlər şikayət etməsələr də araşdırma başladılan kimi birdən-birə şikayətçi olduqları bildirilir. Niyəsi məlumdur. Mehriban Qaralova bu işi "yoluna qoymaq" üçün Arzu Bədəlovaya pul sövdləşməsi təklif edib, amma Arzu xanıma rüşvət verməyə razı olmayıb, qanun çərçivəsində özünün haqlı olduğunu sübut etmək istəyini bildirib. Bundan sonra iş daha da dolaşığa düşüb. Halbuki valideynlərin dövlət orqanlarına müraciətlərində də həkimin günahkar olmadığı bildirilir. Müstəntiq isə yalnız ekspertizanın şablon rəyinə əsaslanaraq işi tam, obyektiv və hərtərəfli araşdırmayaraq qərəzli qərar verib. Ekspertiza rəyi başdan ayağa cəfəngiyyatdır, müstəntiqin sifarişi ilə yazılıb, heç bir kliniki protokol və tibbi ədəbiyyatla təsdiq olunmayan uydurma dəlillərdən ibarətdir. Ekspertiza rəyi şahid ifadələri ilə də uyğunluq təşkil etmir, ziddiyyətlidir. Hətta meyitin yarılmasını həyata keçirən ekspert ilə komisyon ekspertizanın digər ekspertlərinin rəyləri arasında ziddiyyət var. Bütün bunlara məhkəmə prosesində baxılmayıb, səthi yanaşılıb, faktların üstündən keçilib. İndi yekun söz məhkəmənindir. Ümid edirik ki, gənc və savadlı bir mütəxəssisin haqqı bərpa olunacaq. Biz öz tərəfimizdən Arzu Bədəlovanın işlədiyi yerdə, onu tanıyanlar arasında münasibət öyrəndik. Hər kəs onun haqqında müsbət fikirdədir və işdən uzaqlaşmasına təəssüf edirlər. Buradan Baş prokurora, Ali Məhkəmənin sədrinə müraciət edərək xahiş edirik ki, Arzu Bədəlovanın işi düzgün araşdırılsın, işə ədalətli baxılsın. Burinci Vitse-Prezident Mehriban xanım Əliyevadan, cənab Prezident İlham Əliyevdən məsələni nəzarətə götürmələrini rica edirik. Sizin diqqətiniz gənc bir mütəxəssisin əsassız təqibdən qurtarar, həkim karyeyarısının yarımçıq qalmasının qarşısını alar..."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|