"Veysəloğlu" rəhbəri məzun olduğu universitetdə təşkil edilən Karyera Sərgisində iştirak edib - FOTO
Tarix: 2-05-2025, 17:03 | Çap et
 Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi, universitetin əməkdaşlıq etdiyi və qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub. Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etmək olub. Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, artıq ənənə halını alan bu sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Karyera Sərgisində iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş direktoru Aydın Talıbov çıxışında bildirib ki, yenidən məzunu olduğu universiteti ziyarət etmək, onda bir anlıq tələbəlik dövrü ilə bağlı xatirələri canlandırıb. O qeyd edib ki, böyük bir biznes subyekti olaraq VŞQ Azərbaycanda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir: “Bizim 26 minə yaxın əməkdaşımız var və hər il 3 mindən artıq yeni iş yeri açırıq. İşə götürdüyümüz kontingentin tərkibində kifayət qədər tələbə və ya yeni məzun olur. Həmin kadrların hazırlanmasına biz də öz töhfəmizi veririk – onların nəzəri biliklərini praktika ilə birləşdiririk. Fərqindəyik ki, ali məktəblərin hazırladığı tələbələr nə qədər hazırlıqlı və savadlı olarsa, bizim işimiz bir o qədər asanlaşır. Yüksək təhsil verən universitetlər olmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Memarlıq və İnşaat Universiteti həm də 50 illik yubileyini qeyd edir. Fürsətdən istifadə edib, bu əlamətdar tarix münasibətilə universiteti ürəkdən təbrik edirəm.” Sərgi çərçivəsində iştirakçı müəssisələrin insan resursları üzrə nümayəndələri mövcud vakansiyalar və təcrübə proqramları barədə geniş informasiya verib, iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. Tələbə və məzunlar onlara təqdim olunan imkanlar barədə ətraflı məlumat alıb və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
"DİA-AZ"



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|