İRAN GƏNCLƏRİMİZİ HARADA “VEREBOVAT” EDİR?
Tarix: 25-11-2011, 10:28 | Çap et
ÇAYXANALARIN ƏKSƏRİYYƏTİ FARS-MOLLA REJİMİNƏ İŞLƏYİR
DİA.AZ: - Son zamanlar Bakıda müşahidə olunan məqamlardan biri də çayxanaların sayının günbəgün artmasıdır. Əslində burada qeyri-adi heç nə görməli deyilik və vətəndaşların istirahəti üçün belə ocaqların yaranmasını da normal qarşılamaq lazımdır. Yəni tələbat var ki, çayxanaların sayları artırılır, çayxana işlətmək həvəsinə düşənlərin sayı artır.
Amma müəyyən detalları istisna etmək şərti ilə. Açılan yeni çayxanalar daha əlverişli və istirahət üçün daha yaxşıdır. Sulu qəlyandan tutmuş, nərd, domino kimi digər stolüstü oyunlarla zəngin bu çayxanalar əsasən orta təbəqəli insanlar üçün nəzərdə tutulub. Amma bu çayxanalarda diqqəti daha çox cəlb edən nüans sözügedən iaşə oybektlərində aparılan təliğat məsələsidir.
Apardığımız müşahidələrdən aydın olur ki, bu çayxanaların əksəriyyətində İran ənənələrinə üstünlük verildiyi kimi, söhbətlərdə də İran mövzusu ən aktual mövzu kimi qəbul edilir. Və bu ocaqlara daha çox dindar insanların gəldiyi də müşahidə olunur. Buna görə də bu tipli çayxanalarda hətta spirtli içkilərin verilməsinə də qadağalar qoyulub.
Sadə vətəndaşlar arasında hansısa dövlətin maraqlarına cavab verəcək təbliğat işlərinin aparılması yəqin ki, kifayət qədər qüsurlu haldır. Amma reallıq budur ki, artıq bu proses başlayıb. Şəhərin əsasən “Bakı Soveti” metrostansiyasının ətrafında yaradılan bu çayxanalar tamlıqla iranpərəst qüvvələrin təbliğat məkanına çevrilib.
Maraqlıdır ki, bu süfrələrdə söhbət edən dindar gənclər hər hansı bir təşkilata məxsus olduqlarını qəbul etməsələr də, İran-ABŞ münasibətlərinə fikir bildirməklə nə qədər hazırlıqlı olduqlarını nümayiş etdirirlər. Bütün məsələlərə dini nöqteyi-nəzərdən yanaşan bu gənclər söhbətin daha maraqlı getməsi üçün qonşu masalarda əyləşən və birinci dəfə buranın müştərisi olan insanlarla ünsiyyət yaratmağa maraqlı olurlar. Bu çayxanalarda hətta namaz qılmaq üçün də imkanlar yaradılıb.
Haqqında söhbət açdığımız çayxanalara bir neçə dəfə getsən, müəyyən qrupun daima orda əyləşdiyini və ümumi auditoriyaya müraciətən təliğat apardıqlarını görə bilərsiniz. Dünənə qədər ancaq müəyyən məscidlərdə xütbələr vasitəsi ilə təliğat işini həyata keçirən bu qruplar artıq cəmiyyətlə ünsiyyət yaratmağın bu yolundan istifadə edirlər. Onların hansı təriqət üzvü olduqları ilə maraqlananda isə daha ciddi məqamların şahidi olduq. Onlar vəhabiliyə, sünnülüyə o qədər də maraq göstərməyən, cəmiyyətin müasirləşməyinə o qədər də pis baxmayan, amma bu regionda İslamın əsas prnsip olmasını arzulayan insanlardır. Onların fikrincə bu gün regionda İslamı əsas meyyar kimi qəbul edən dövlətlərlə çox sıx münasibətlər qurulmalıdır. Bu şərtlərə cavab verə biləcək yeganə dövlət isə hələ ki, İran İslam Respublikasıdır.
Şəhərdə müşahidə edilən yeniliklərdən biri də budur ki, bəzi dövlətlərə, yenə də əsasən İran İslam Respublikasına, məxsusluğu hiss olunan yeməkxanalar da fəaliyyətə başlayıb. Bu sırada ilk olaraq “İran xörəkləri” restoranının adını çəkmək yerinə düşər. Düzdü, belə bir praktika var ki, dövlətin tanınması üçün bəzən həmin ölkənin mətbəxini tanıtmağa çalışır və bu istiqamətli ocaqlar da açılır. Amma bu ocaqlarda söhbət mətbəx mədəniyyətinin nümayişindən gedir. Əsas məqsəd heç də həmin dövlətin siyasətinin təbliğindən getmir. Ümumiyyətlə, Azərbaycanda hansısa təriqətin və ya dövlətin təbliğatını aparan ilk ocaqlar “Elmlər Akademiyası” metrostansiyasının ətrafında nurçular tərəfindən yaradıldı. Daha sonra milli azlıqlara məxsusluğu bildirilən kafelər də fəaliyyətə başladı. Bunlardan “Gilan”, “Kotanlı”, “Ləvəngi” yeməkxanalarının adını xüsusi olaraq qeyd etmək olar. Sabah Bakıda hardasa “PKK” adlı kafeyə rast gəlsəniz, buna da təccüblənməyin. Çünki bütün proseslər sonluqda məhz belə bir işlə tamamlanacaq.
Yeri gəlmişkən, Bakıda İran heç də öz fəaliyyətini yalnız çayxanalar və yeməkxanalar vasitəsilə apardığı təbliğatla bitmiş hesab etmir. Elə “Azad qadın” heykəlindən başlayaraq köhnə Avtovağzal istiqamətinə gedən yol boyunca İrana aid dükan və ofislərin sayını öyrənsəniz, yetərli olar ki, bu gün İranın hansı formada özünə təbliğat məkanları yaratması haqda bilgiyə malik olasan.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
|