Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... - QALMAQAL
Tarix: 4-08-2020, 09:32 | Çap et
![Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki...](/uploads/posts/2020-08/thumbs/1596519137_0001.jpg) Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsini iki nəfərə verməsi haqda sərəncamı ilə bağlı işə Ali Məhkəmədə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.
Belə ki, İ.Nehrəmlinin Saatlıda icarəyə götürdüyü 30 hektar torpaq sahəsi 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, yəni 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin S.Cabbarov 2018-ci ildə həmin torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib.
İ.Nehrəmli də bir müddət sonra “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib.
Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb. Amma Şirvan Apellyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti cavabdeh, şirkət isə üçüncü şəxs kimi cəlb olunub.
Ali Məhkəmə işlə bağlı artıq qərar qəbul edib. Saatlı Rayon İcra Hakimiyyəti və üçüncü şəxs “Rom-Alpinos süd və ət məhsulları” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməyib.
Qərarın əsaslandırıcı hissəsində Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarda yol verilən kobud pozuntular qeyd olunub.
Hakim İlqar Dadaşov qərarda bildirib ki, iş materiallarında torpaq ayrılmazdan əvvəl V.Məmmədova ilə 2009-cu ildə 15 il müddətinə bağlanmış icarə müqaviləsinin mülki və torpaq qanunvericiliyinin tələblərinə riayət edilməklə ləğv edildiyinə dair hər hansı məlumat yaxud buna dair hər hansı sübut yoxdur.
Torpağın V.Məmmədovaya icarəyə verilməsi haqda 2010-cu ildə Dövlət torpaq kadastrında 267 sıra sayı ilə qeydə alınıb və Saatlı rayon torpaq şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilib. Hakim İlqar Dadaşov qeyd edib ki, bu səbəblərdən apellyasiya məhkəməsinin gəldiyi nəticə anlaşılan deyil.
Ali Məhkəmənin qərarı ilə vətəndaş Validə Məmmədovanın Saatlı rayon icra hakimiyyətinə qarşı kassasiya şikayəti qismən təmin olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.
Xatırladaq ki, məhkəmə materiallarına görə, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. İ.Nehrəmlinin Saatlıda 3 min baş qoyun saxladığı məlum olub.
Qeyd edək ki, Siraqəddin Cabbarov 2019-cu ilin dekabrında vəzifəsindən azad edilərək Sabirabad İcra Hakimiyyətinə başçı təyin edilib. Onun yerinə isə Sabirabadın icra başçısı Nazim İsmayılov gətirilib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
|