![Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738872793_agalar-bayram-768x499.jpg)
Respublikanın Əməkdar artisti Ağalar Bayramov yazıçı Əlisa Nicatın “Səməd Vurğun yaltaq olub” ifadəsindən sonra tənqidlərə məruz qalmasına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, əməkdar artist özünün sosial şəbəkə hesabında bunları yazıb:
” Qatır Məmməd ” filmində çar Rusiyası generalının dilindən:
” Mən bu müsəlmanı yaxşı tanıyıram, sözü at ortaya, çəkil dur kənarda , qırsınlar bir – birini”
… İndi baxıram, deputatı, yazıçısı, şairi sosial şəbəkələrdə növbəyə düzülüblər…
Putinin- Kremlin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, qoca bir kişinin – Əlisa Nicatın Səməd Vurğun haqqında dediyi sözün quyruğundan yapışıblar.
Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya olan nifrətini ortaya qoysun?!
Qoya bilməz, çünki, o tip ” ziyalı”lara ucuz , özünə sərfəli mövzu lazımdır….