Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                 

Gədəbəyi silkələyən məmurlar - ŞOK FAKTLAR
Tarix: 20-11-2015, 10:16 | Çap et
Gədəbəyi silkələyən məmurlar
Gədəbəyli sahibkarlar rayon icra hakimiyyətində hüquq şöbəsinin müdir əvəzi vəzifəsini daşıyan Zülfüqar İsgəndərovun, ANS televiziya şirkətinə zəng edib yalan məlumat verməsi, çoxsaylı televiziya tamaşaçılarını aldatması, sahibkarları yalançılıqda ittiham etməsi və.s kimi addımları ilə bağlı, bu gün məhkəməyə müraciət etməkdə qərarlıdırlar

Son aylar Gədəbəy rayonunda yaşananlar daha çox ictimai fikrin bu rayona yönəlməsinə səbəb olur desək, yəqin ki, yanılmarıq. Çünki, baş verən olayların həm obyektiv, həm də subyektiv səbəbləri var. Amma bu səbəblər içərisində ən balıcası, bu gün Gədəbəydə yaşanan ab-havanın varlığı, rayonun bir qrup vəzifə sahibləri tərəfindən inhisara alınması və çoxsaylı sosial problemlərin tüğyan etməsidir. Əgər bir neçə illər bundan əvvəl sakinlərin çoxu icra başçısının dəyişdirilməsi arzusuyla yaşayırdılar ki, yeni icra başçısı rayona yeniliklərini gətirəcək, hər cür qarşıdurmanın, müəyyən qruplaşmanın, çoxsaylı qanunsuzluqların, dövlət vəsaitlərinin oğurlanmasının və.s qarşısını alacaq, amma hər şey əksinə baş verdi. Yəni, Ramiz Yediyarovun bir neçə il bundan əvvəl Gədəbəyə icra başçısı təyin olunması, əslində analoqu olmayan faciələrin də əsasını qoydu. Buna misal olaraq, son bir-iki ildə əslən Gədəbəydən olan 43 nəfər sahibkarın gözümçıxdıya salınmaları, sahib olduqları mülkün yerlə-yeksan edilməsi, dağıdılmış, oğurlanmış əmlaklarının müqabilində kompensasiyanın verilməməsi, sözün həqiqi mənasında Ramiz Yediyarov idarəçiliyinin mahiyyətini müəyyən etməyə tam əsaslar verir.
Namiq Məmmədovun söz sahibi olmasına nələr səbəb olur?
Düzdür, bu gün Gədəbəydə yaşanan problemlərin hamısını, heç də icra başçısının ayağına yazmaq da olmaz. Çünki, illər uzunu rayonun gəlirli sahələrinə rəhbərlik edən elə vəzifə sahibləri var ki, onların özləri də rayon üçün sanki böyük bir problemə çevriliblər. Məsələn, elə götürək rayonun Maliyyə İdarəsinə rəhbərlik edən Namiq Məmmədovun varlığını. Bu şəxs hələ bir neçə il bundan əvvəl icra başçısı olmaq eşqinə düşsə də, son anda niyyətini “çin edə” bilmədi. Yəni, bu haqda istər rayon miqyasında, istərsə də rayon miqyasından kənarda müəyyən söz-söhbətlər də gəzib dolaşdı. Bu gün isə əsas söz sahiblərindən birinə çevrilən, büdcə vəsaitlərini mənimsəməkdə digər vəzifə sahiblərinə nisbətən mahir olan Namiq Məmmədov, Gədəbəydə ən imkanlı şəxslərdən biri hesab olunur. Adicə bir məqama diqqət yetirək ki, rayondakı uşaq bağçaları və körpələr evi üçün ayrılan vəsaitlərin xeyli hissəsi, hər ay “maliyyə şefi”nin diqtəsi ilə “həzmi-rabedən” keçirilir. Rayonun idarələrinə, müəssisələrinə, təşkilatlarına və.s təmir məqsədilə ayrılan vəsaitlərə də, məhz Namiq Məmmədovun “əl gəzdirməsi” haqda, daha çox söz-söhbətlər dolaşmaqdadır. Məsələn, rayondakı mənbəmiz bildirir ki, qısa zaman kəsiyində rayon Mədəniyyət Evinin 3 dəfə “təmirdən çıxması” da, əslində maliyyə müdirinə külli miqdarda gəlir əldə etməyə imkanlar verib. Digər tərəfdən, rayonun mərkəzi küçələrindən birində yerləşən və Namiq Məmmədova məxsus olduğu bildirilən aptekin sökülməməsi də, sözün həqiqi mənasında “maliyyə bossu”nun hansı gücə malik olduğunu bir daha sübut edir. Aptekin sökülməməsi qalsın bir yana, əgər əvvəllər aptekin giriş qapısı ön hissədən idisə, çox keçmədi ki, yan hissədən də giriş qapısı açıldı. Bu gün isə, həmin aptekdə rayonun imtiyazlı şəxsləri üçün verilən dərman preparatlarının satılması haqda da, müəyyən söz-söhbətlər dolaşmaqdadır. Bu və digər olaylarla bağlı məlumatları redaksiyamıza çatdıran mənbə onu da bildirir ki, Namiq Məmmədov müxtəlif məqsədlər üçün ayrılmış və silinmiş vəsaitləri ört-basdır etmək üçün, çox vaxt arxiv sənədlərini “yox etdirir”. Və sənədlərin taleyi ilə kimsə maraqlandıqda, o, çox zaman minbir bəhanələr də gətirməyə çalışır.

“Maliyyə bosu”nun daha çox gəlir gətirən sahəsi
Gədəbəydə “maliyyə bosu”nu büdcəsini zənginləşdirən sahələrdən biri də, rayonun Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. Çünki, bu idarə öz-özlüyündə “ölü idarələrdən” biri hesab olunsa da, gətirdiyi gəlirə görə əksəriyyətindən də irəlidə gedir. Buna səbəb bir çox amillərin varlığıdır ki, həmin amillərdən də bir neçəsinin açıqlamasına diqqət yetirək. Məsələn, Gədəbəy şəhər Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin balansında olan 50 ton yükgötürmə qabiliyyəti olan “Şaqman” markalı nəqliyyat vasitəsi, hələ bir müddət bundan əvvəl rayondakı “Qızıl zavod”a “arendaya” verilib. Amma, buna baxmayaraq hər ay həmin nəqliyyat vasitəsi üçün dövlətdən yanacaq alınır və müəyyən yollarla da mənimsənilir. “Şaqman”ın sürücüsü rayonun Arıxdam kəndindən olan Şahbaz Ədiloğlu adlı şəxsdir.
Rayonun KTİB-nin rəisi Murğuzov Yusif Qabil olğu adlı şəxsdir ki, onun atası Qabil Murğuzov da, rayonun maliyyə idarəsində xəzinənin müdiri vəzifəsini daşıyır. Yusif Murğuzov əvvəllər icra hakimiyyəti aparatında vəzifə daşısa da, çox keçmir ki, Qabil Murğuzov həm özünün, daha çox isə Namiq Məmmədovun dəstəyindən yararlanaraq, oğlunu rayonun KTİB-nə rəis təyin etdirə bilir. Bu təyinatın bir çox özəllikləri olur ki, bunlardan da ən əsası Murğuzovların Namiq Məmmədovla işbirliyinə girib büdcəni talamaq məqsədləridir. Gədəbəydəki idarələr, müəssisələr, ayrı-ayrı təşkilatlar hər ay KTİB-nin hesabına müəyyən qədər pul köçürsələr də, verilən məlumatlarda o da bildirilir ki, “Qızıl zavod” isə 1000 manat pul köçürür.
Qeyd olunan qurum rayonun 18 küçəsini təmizləməli olduğu halda, təkcə iki küçəni- Heydər Əliyev və Məmmədəmin Rəsulzadə adına küçələri təmizləyirlər. Birlikdə təqribən 100 nəfərə qədər işçinin adı ştat cədvəlində getsə də, gündəlik iş başına cəmi 8-10 nəfər çıxır. İşə çıxanlara da, Ziyafət İsgəndərova adlı qadın birqadirlik edir, qalan işçilər isə bazarda alver etməklə məşğul olurlar. Belə bir səbəblər üzündəndir ki, onların adlarına yazılan əmək haqları rəhbərlik tərəfindən mənimsənilir.
Diqqəti cəlb edən digər hal odur ki, KTİB-nin rəisi Yusif Murğuzova atasının dəstək verməsi də, ona hər ay ayrılan pulları “sağa-sola” səpməyə imkan verir. Amma, bütün bunlara baxmayaraq milli qəhrəmanlar Cahangir Rüstəmovun, Məzahir Rüstəmovun, Sovet İttifaqı Qəhrəmanı olmuş Mehdi Quliyevin, şəhid Mübariz Abbasovun və Vahid Rüstəmovun adlarını daşıyan küçələr isə təmizlənmədiyindən, hər zaman bərbad halda olurlar. Birliyə məxsus binanın təqribən 1940-1960-cı illərdə inşa olunmasına diqqət yetirsək, onu da müəyyən edə bilirik ki, KTİB-nin binası olduqca yarasız haldadır. Otaqların qapı və pəncərələrində adicə şüşə olmadığından, bir kimsə qış aylarında soyuqdan otaqda otura bilmir. Belə olan halda, özü-özünü təmir və təmiz edə bilməyən bir qurumdan, hansı təmizlik işlərini gözləmək olar.

Yalan ayaq tutar, amma yeriməz!
Gədəbəyin diqqət mərkəzində olmasına səbəb olan amillərdən biri də, bəzi vəzifə sahiblərinin müəyyən rol oynamalarıdır. Məsələn, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının və digər vəzifə sahiblərinin iztirabından, zülmündən, minbir oyun qaydalarından zinhara gələn bir neçə sahibkar, 28 oktyabr 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində, 43 nəfər sahibkar adından mətbuat konfransı keçirirlər. Məqsəd, Gədəbəydə sahibkarlara bəslənən ögey münasibətin varlığını, ölkə rəhbərinin verdiyi tapşırıqların saya salınmamasını və digər problemlərin tüğyan etməsini geniş ictimaiyyətin diqqətinə çatdırmaq olur. Təəssüflər olsun ki, mətbuat konfransında səslənən fikirlərlə bağlı çox keçmir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdir əvəzi vəzifəsini daşıyan Zülfüqar İsgəndərovun, ANS televiziya şirkətinə yalan məlumatlar verməsi, bir daha mətbuatın gündəmini zəbt edir. Çünki, həmin gün televiziyanın 18.00-da “Xəbərçi” proqramında baş verənlərlə bağlı müəyyən məlumatlar verildikdə, Zülfüqar İsgəndərov ANS televiziya şirkətinə zəng edib bildirir ki, “mətbuat konfransı keçirən sahibkarlardan heç birinin rəsmi sənədləri yoxdur”. Edilmiş telefon zəngindən sonra, problemin mahiyyətini araşdırmaq üçün televiziya rəhbərliyinin tapşırığı əsasında sahibkarlardan bir neçəsi, o cümlədən Əliyev Oqtay İbrahim oğlu, Səfərov Vaqif Qara oğlu, Əliyev Oqtay Qara oğlu və digərləri şirkətə dəvət olunurlar və onların sahibkarlıq fəaliyyətinə dair sənədlərinə baxış da keçirilir. Bu zaman bəlli olur ki, sahibkarların sənədləri tam qaydasındadır. Həmin gün də ANS televiziya şirkətinin “İç xəbər” proqramında, yaşanan problemlərin varlığı haqda ictimaiyyətə təkrar məlumat verilir. Belə olan halda Zülfüqar İsgəndərov Əliyev Oqtay Qara oğlunun problemi ilə bağlı “Rabitə Bank”a müəyyən sənəd göndərir ki, guya mağazanı onun özü sökdürüb. Yazıb pozduğu sənəddə onu da vurğulayır ki, guya ona məxsus mağaza taxta parçalarından tikilmişdi.
Zülfüqar İsgəndərov mütləqi-hakimdir?
Amma o, bir həqiqəti unudur ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Əliyev Bakı şəhərində səhhəti ilə bağlı müalicədə olarkən, ona rayondan zəng edib bildirirlər ki, mağazanı ağır texnika ilə sökürlər. Həmin gün o, ləngimədən DİN-nin 102 xidmətinə, Baş Prokurorluğun qaynar xəttinə və ANS televiziya şirkətinə yazılı ərizə ilə müraciət edir. Eyni zamanda qardaşı Əliyev Mahir Qara oğluna da zənğ edib bildirir ki, mağazamın sökülməsi ilə bağlı zəng edib mənə xəbər verdilər. Sən vaxt tap və mağazamın sökülüb-sökülməməsi ilə də bağlı maraqlan dedikdə, Oqtay Əliyevin qardaşı çox keçmir ki, hadisə yerində olur. Həmin an görür ki, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi olan Şahbaz Bayramov, yaxın adamları ilə mağazanın içərisindəki ərzağı, avadanlıqları və bir çox ləvazimatları hansısa maşına yığırlar. Hətta onların yanında bir neçə nəfər polis əməkdaşı, icra hakimiyyəti aparatından olan vəzifə sahibləri, eyni zamanda şəhər icra nümayəndəsində çalışanlar olsa da, Əliyev Mahir Qara oğlu heç cür söküntü-dağıntı işlərinin qarşısını ala bilmir. O, təkrar-təkrar bildirsə ki, “mağaza bankdan kreditə pul götürüldüyü üçün girovluqdadır, ayrı-ayrı firmalardan nisyə mallar alınıb” desə də, bir kimsə onun danışıqlarına məhəl qoymur. Çox keçmir ki, mağaza Şahbaz Bayramovun rəhbərliyi və təşkilatçılığı altında yerlə-yeksan edilir. Şahbaz Bayramov yalnız Mahir Əliyevə onu bildirir ki, “sən çəkil kənara, icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdan verilən tapşırıq var, mütləq icra olunmalıdır, mağaza sökülməlidir” deyir. Əslində bu belə də olur.
Baş verən belə bir olaylardan sonra istər Əliyev Oqtay Qara oğlu, istərsə də digər sahibkarlar Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdir əvəzi vəzifəsini daşıyan Zülfüqar İsgəndərovun, ANS televiziya şirkətinə zəng edib yalan məlumat verməsi, çoxsaylı televiziya tamaşaçılarını aldatması, sahibkarları yalançılıqda ittiham etməsi və.s kimi addımları ilə bağlı məhkəməyə müraciət etmək haqda düşünürlər. Çünki hər kəsin, o cümlədən 43 nəfər Gədəbəyli sahibkarların da, Konstitusiya ilə qorunan hüquqları var. Belə bir səbəblər üzündən də, onlar növbəti addımlarını atmaqda qərarlıdırlar.
Bu günə qədər də Əliyev Oqtay Qara oğlu Şahbaz Bayramovdan firmalardan aldığı malları, mağazanın içərisindəki bir çox avadanlıqları, lazımi sənədləri tələb etsə də, o belə bir cavab verir ki, “hara gedirsən get, kimə nə deyirsən de, mən bir kimsəni vecimə almıram” dedikdə, hər kəs bir çox düşüncələrə dalır. Görəsən Şahbaz Bayramov bu gün hansı ixtiyara sahibidir ki, bir kimsəni vecinə almır? Axı, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, bir çox tədbirlərdə daim vurğulayır ki, “hər bir vəzifə sahibi xalqına xidmət etməli, xalqının da xidmətçisi olmalıdır” deyir. Bu belə olduğu halda, adicə Gədəbəy şəhəri üzrə icra nümayəndəsi olan bir şəxsin özünü “firon kimi” kimi aparmasına, görəsən nə ad vermək olar?
Gədəbəy səhiyyəsinin “müalicəyə ehtiyacı var”
Uzun illərdən bəri Gədəbəyin səhiyyəsinə rəhbərlik edən Ramiz Pirverdiyevin idarəçiliyi, bu gün sözün həqiqi mənasında rayonun səhiyyəsini elə bir dərdə salıb ki, gəl görəsən. Əslində belə bir problemə toxunmamaq, öz-özlüyündə cinayət də hesab oluna bilər. Məhz, ona görə ki, adicə rayonun mərkəzi xəstəxanasının giriş qapısından içəri ayaq basdıqda, tamam fərqli mənzərənin şahidi olmaq mümkün olur. Çünki, Gədəbəyin Mərkəzi Xəstəxanası xəstaxanaya deyil, daha çox yarmarkaya bənzəyir. Buna səbəb, xırdavat mallardan tutmuş, kənd təsərrüfatı məhsullarınadək xəstəxananın həyətində, bir qədər də dəqiq desək, giriş qapılarının ağzında satılmasıdır. Yəni, alan kim, satan kim! Hamı alır, hər kəs də satır! Belə getsə deyəsən, Bakıda fəaliyyət göstərən yarmarkaıların xəstəxananın həyətinə köçürülməsi zərurəti də yarana bilər. Bircə qalmışdı ki, “Dubay malları”nın satışına, yəqin ki, yaxın vaxtlarda onlar da satılacaq.
Elə ki, mərkəzi xəstəxananın içərisinə daxil olursan, həkim soyğunçuluğunun “ah-naləsi” sanki hər kəsi lərzəyə salır. Çünki, bu gün Gədəbəy MRX-da hər müayinənin, müalicənin müəyyən olunmuş “toskı”sı var. Bir kimsə müəyyən olunmuş çərçivədən kənara çıxarsa, o halda vəzifəsini və digər imtiyazlarını da itirə bilər. Xəstəxananın balansında olan nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün istifadə olunma da, yəqin ki, ayrıca mövzunun müzakirəsidir. Rayonun kənd xəstəxanalarında yaşanan acınacaqlı durum isə, nə dilə gətiriləsidir, nə də ki, danışılasıdır.
Gədəbəydə şəkər xəstəliyindən sayca çox olanların əziyyət çəkmələrinə diqqət yetirdikdə, onu da müəyyən etmək olur ki, bu əziyyət çəkmənin də kökündə Ramiz Pirverdiyevin maraqları durur. Çünki, bu yöndə məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, şəkər xəstələri üçün verilən dərmanların çoxu apteklərdə satdırılır. Hətta o da vurğulanır ki, Namiq Məmmədova məxsus aptekdə bir çox dərmanlar, o cümlədən şəkər xəstələrinə verilməli dərmanlar da satdırılır ki, bu da əksəriyyət tərəfindən müzakirələrə səbəb olur.
Araşdırmalarımız davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru