!["Mən rolun böyüklüyünə, kiçikliyinə baxan deyiləm" "Mən rolun böyüklüyünə, kiçikliyinə baxan deyiləm"](/uploads/posts/2016-06/1465535851_0001.jpg)
Yeni bir filmlə bağlı danışıqlar gedir. Hələ bilmirəm o filmə çəkiləcəyəm, ya yox.
Bu sözləri xalq artisti Fatma Mahmudova ona gələn film təklifi haqda Axar.az-a danışarkən deyib. O, hər rolu oynaya biləcəyini bildirib:
“Mən rolun böyüklüyünə, kiçikliyinə baxan deyiləm. Bəziləri kimi yekəxana deyiləm ki, deyim, yox, mən xalq artistiyəm, o rolu oynamıram, bu rolu oynamıram. Aktyor hər rolun öhdəsindən gəlməlidir. Əsas da özünə inamlı olmalıdır”.