![Anarla eyni səhnəni bu dünya ulduzu bölüşəcək Anarla eyni səhnəni bu dünya ulduzu bölüşəcək](/uploads/posts/2017-04/thumbs/1492576797_0001.jpg)
DİA.AZ: - Aprelin 22-də BƏƏ-nin Dubay Əmirliyinin ən yaxşı arenaları siyahısına düşən "Music Hall"un səhnəsində gənc ulduz ANARla eyni səhnəni paylaşacaq məşhur müğənninin kimliyi bəlli olub.
DİA.AZ-ın məlumatına görə, ANARla eyni səhnəni "Modern Talking" qrupun keçmiş solisti müğənni Thomas Anders bölüşəcək.
Qeyd edək ki, ANAR komandası ilə bir neçə aydır ki, BƏƏ-nin Dubay Əmirliyinin ən yaxşı arenaları siyahısına düşən "Music Hall"un səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. Bu arenada Amr Diab, Brayn Adams, "Via - Qra" qrupu, Valeriy Meladze, Selena Gomez, Elton Con, Rihanna və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib. ANAR adıçəkilən beynəlxalq səhnəsində çıxış edən ilk azərbaycanlı ifacıdır.
![Anarla eyni səhnəni bu dünya ulduzu bölüşəcək Anarla eyni səhnəni bu dünya ulduzu bölüşəcək](/uploads/posts/2017-04/thumbs/1492576752_01.jpg)