
DİA.AZ: - Tanınmış rəqqasə Renka İstanbul istirahətindən qayıdıb.
Əməkdaşımızın telefon zənginə cavab verən Renka suallarını cavablandırıb.
DİA.AZ xəbər verir ki, rəqqasə xeyli müddətdir hazırlaşdığı "Möhtəşəm layihəsi"ndən söhbət açıb:
"Həyatımın layihəsinə hazırlaşıram. Təkcə onu deyə bilərəm ki, Azərbaycanda hələ heç kim etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bu yol o qədər də çətin deyil. Çünki mən "ipək yolu" açmışam. Bundan sonra kim edərsə, ona uğur arzu edərəm".