
DİA.AZ: - Müğənni Şəbnəm Qəhramanova "Ağır cinayət" adlı yeni mahnısını təqdim edib.
DİA.AZ-ın məlumatına görə, mahnının sözləri və musiqisi Elçin Məhərrəmova aiddir. Aranjimanlığını İlkin Həsənin etdiyi mahnı bu payızın hiti olmağa iddialıdır.
Müğənni bu mahnıyla bəzilərinə ismarıc yolladığını deyib.

Müğənni "Ağır cinayət"lə yanaşı, tezliklə yeni fotosessiyasını da sevənlərinin ixtiyarına verəcək.
DİA.AZ Şəbnəm Qəhramanovanın təzə mahnısını və fotosessiyadan ilk şəkillərini təqdim edir.