
DİA.AZ: - Novruz bayramı münasibətilə məşhur türkiyəli müğənni İrem Derici Bakıda konsert proqramı ilə çıxış edəcək.
DİA.AZ-ın məlumatına görə, Asif Hüseynovun təşkil olunacaq konsert martın 21-də Bakı Kristal Zalında keçiriləcək. Konsertdə İremlə bərabər şoumen Kəmran Həsənli və "Xalq Ulduzu" yarışmasının iştirakçısı Anar Nəbiyev də çıxış edəcək.
Biletləri şəhərin mərkəzindəki kassalardan əldə etmək olar.
