
DİA.AZ: - Öz dəst-xətti ilə seçilən "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın Parisdə yeni moda kolleksiyası nümayiş etdiriləcək.
Bu barədə DİA.AZ-a məlumat verən modelyer bildirib ki, nümayiş yanvarın 25-də olacaq. Modelyerin sözlərinə görə, bu barədə təklif Parisdən gəlib. Yeni moda sərgisində nümayiş olunacaq kolleksiyadakı bütün geyimlərin parçasını da onun özü yaradıb.
