
DİA.AZ: - Xalq artist Aygün Kazımova Türkiyədə növbəti uğura imza atıb.
DİA.AZ bildirir ki, onun “Hardasan” klipi “TBV TV 20” siyahısına düşüb.

Qeyd edək ki, xalq artisti Aygün Kazımova və repçi Miri Yusifin duet şəklində ifa etdiyi “Petrol” mahnısı 2011-ci ildə “KRAL TV”nin TOP 20-liyinə düşmüşdü. Bundan əlavə, Aygün Kazımovanın Sinan Akçılla ifa etdiyi “İkinci sən” mahnısı da 2012-ci ildə “KRAL TV”nin TOP 20-liyində yer alıb.