
DİA.AZ: - Amerikalı model və aktrisa Chloe Lukasiak bu dəfə hər kəsi təəccübləndirib.
DİA.AZ xəbər verir ki, model “Red Songbird-2019” mükafatlandırma mərasiminə qapalı geyimdə qatılıb. Chloenin diqətçəkən libasının müəllifi isə dünyaca məşhur azərbaycanlı dizayner-modelyer Rüfət İsmayıl olub.
Qeyd edək ki, həmin libası bir il əvvəl xalq artisti Aygün Kazımova "Bəxt üzüyü 2" filminin qala gecəsinə geyindiyi məlum olub.

