
DİA.AZ: - Müğənni Yaşar Cəlilovdan xoş xəbər var.
DİA.AZ-ın məlumatına görə, ifaçı ata olub. Bu haqda sənətçinin özü xəbər verib. Belə ki, o, yeni dünyaya gələn qızının fotosunu sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: "Allahım, sənə şükürlər olsun. Ən böyük arzum həyata keçdi. Qızım dünyaya gəldi. Ata olduğum üçün məni təbrik edənlərə də təşəkkür edirəm".
