Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
 Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədri Həsrət Musayevin yeni qanunsuz əməlləri üzə çıxıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Həsrət Musayev kənd bələdiyyəsinin 2018-ci il tarixli yığıncaqda bələdiyyə sədri seçilib.
Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən o, ümumilikdə 27 ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə zərər vurub.
Həsrət Musayevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən Həsrət Musayev məhkəmədə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ağsaqqalların xahişini nəzərə alaraq kənddə qəbiristanlıq hasarının bərpa olunması ilə əlaqədar ağacların budanması fikrinə gəlinib: “Çünki qəbirlərin üzərinə düşən budaqlar onları yararsız hala salırdı. Ekologiya İdarəsinə müraciət edərək ağacların budanmasına dair rəy aldıq. Məqsədimiz kəsilmiş odunu satıb, onun puluna qəbiristanlığın hasarını bərpa etmək idi.
Mənim əsas səhvim bu qərarı bələdiyyə üzvlərinin ümumi yığıncağının razılığı olmadan, yəni təkbaşına qəbul etməyim olub. Bələdiyyə üzvlərinə şifahi formada məlumat versəm də, bu işi protokollaşdırmamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ağacların kəsilməsi məqsədi ilə Elçin adlı şəxslə əlaqə saxlayıb: “O, ağaclara baxdı, dəstəsi ilə gəlib işi icra etməyə başladı. Mən rəyin bir nüsxəsini Elçinə vermişdim. Arxayın olmuşdum ki, ağacları rəyə uyğun kəsəcək. Səhhətim yaxşı olmadığı üçün axıra qədər işə nəzarət edə bilməmişəm. İşə nəzarəti Nuran adlı kənd sakininə tapşırmışdım.
Bir müddət sonra məlum oldu ki, Elçin ağacları budamaq əvəzinə, dibindən kəsib. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçiriblər, işi dayandırıblar, cinayət işi başlanıb. Kəsilən ağaclar hələ də sahədədir, yağışın altında demək olar ki, məhv olub. Kəsilmiş ağacların əksəriyyəti pöhrə verib. Məqsədim sadəcə kənd üçün yaxşılıq etmək idi”.
Təqsirləndirilən şəxs bildirib ki, Elçindən və ya hər hansı şəxsdən bu məsələ ilə bağlı pul almayıb.
Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan 1 il 6 ay müddətinə məhrum edilib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Bəhmətli kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Qeyd edək ki, Həsrət Musayev bundan əvvəl Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.
2022-ci ildə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev 2500 manat miqdarında cərimə cəzasına məhkum edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
• Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31 |
|
|
|
• Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25 |
|
|
|
• “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20 |
|
|
|
• Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18 |
|
|
|
• Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14 |
|
|
|
• Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03 |
|
|
|
|