
DİA.AZ: - Müğənni Sevda Yahyayeva “Sevgi nəyə deyirsən?” mahnısına çəkdirdiyi klipi təqdim edib.
DİA.AZ-ın məlumatına görə, sözləri və musiqisi Ədalət Şükürova aid olan ekran işinin rejissoru Nail Naiboğludur.
Klipdə müğənni kənd qızı obrazını oynayır. Ekran işində Yahyayevanın tərəf-müqabili aktyor Ruslan Sabirli olub.
Çəkilişlər Xızı rayonunda aparılıb.