Vardanyan susqunluq "şou"ları: .....                     “Real Ermənistan” üçün real addım gözləntisi... .....                     "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" .....                     Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... .....                     Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... .....                     Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… .....                     "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." .....                     “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” .....                     “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... .....                     Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur .....                     Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR .....                     Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb .....                     Musa Kılıç saxta diplomla çalışır? .....                     "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb .....                     Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... .....                     Od çərşənbəsində ətrafa OD QOYMAYIN... .....                     «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... .....                     Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox .....                     Ödənişli əmək məzuniyyəti... .....                     6 aydır buralar başçısız qalıb... AMMA... .....                     “Kontakt Home”dan TOTAL NARAZILIQ... .....                     Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... .....                     `AAAF Park` tikilindən bu problem var .....                     Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib .....                     Həm ödəniş etməli, həm də ac qalmalı... .....                     Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir .....                     Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib .....                     Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur .....                     Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur .....                     Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? .....                     Tramp Rusiyaya böyük sürpriz hazırlayır .....                     Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır .....                     Sərkisyan və Paşinyanı birləşdirən hadisə .....                     Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdı .....                     Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                 

"Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum"
Tarix: 30-09-2020, 08:30 | Çap et
"Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum"
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlərimizin azad edilməsi illərdir ki, həmin torpaqlardan ayrı düşən, ürəyi torpaq nisgili ilə qovrulanlanların həsrətinə son qoyub. İşğaldan azad edilən kəndlərdə dünyaya göz açmış tanınmış şəxslər Sputnik Azərbaycan-la qələbə sevinclərini bölüşüblər.

Jurnalist Səfurə Çərkəzqızı (Orucova) müzəffər ordumuzun yağı tapdağından azad etdiyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Səfurə Çərkəzqızı bildirib ki, dünyaya göz açdığı Böyük Mərcanlının azad edildiyi xəbərini televiziyadan eşidib: "Mən evdə idim, iş görürdüm. Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum. Elə bu dəm televiziyada cəbhədə baş verənlərlə bağlı brifinq keçirildi. Əyləşdim ekranın qarşısında. Eşidəndə ki bir sıra kəndlərimiz işğaldan azad edilib, ürəyim möhkəm çırpınmağa başladı.

Böyük Mərcanlı kəndinin azad edildiyini eşidəndən sonra ardından danışılanları eşitmədim. Qızım mənə sarı qaçaraq boynuma sarıldı. Göz yaşlarıma hakim ola bilmədim. Hönkürməyə başladım. Mən o torpaqdan 20 yaşımda ayrılmışam. Bu hissi sözlə ifadə etmək, sətirlərə köçürmək mümkün deyil. Bir anlıq torpaq həsrəti ilə dünyadan köçən atamı xatırladım. Valideynlərim bu günü görmədən dünyadan köçdülər. Atam deyirdi ki, "mən Allahdan zaman istəyirəm ki, gedib öz torpağımda ölüm". Kaş əcəl bir az gecikərdi..."
Həmsöhbətimiz deyir ki, arzusu doğma yurd yerinə qovuşmaqdır: "Bəzən məndən soruşurlar ki, "Böyük Mərcanlını xatırlayırsan, getsən, öz evinizi tapa bilərsənmi?" Mən həmişə cavab vermişəm ki, mən öz ata ocağımı gözüyumulu da gedib tapa bilərəm. Hətta evimizin divarları qalmasa belə... Mənə elə gəlir ki, o kənddə torpağa, daşa toxunmaqla, uşaqlıq xatirələrimin izi ilə gedib öz məhləmizə, evimizə çıxa bilərəm. Cocuq Mərcanlı azad edildikdə mən oraya ilk gedən jurnalistlərdən olmuşam. Orada uçuq bir evin divarına söykənib öz evimizi xatırladım. Cəbrayıldan olan dostlara dedim ki, kaş Böyük Mərcanlı azad olunsun, evimizin uçuq divarları qalmasa belə, mən gedib öz ata ocağımın qaralmış, yanmış yurd yerinə sarılaram, sahib çıxaram. Şükür olsun ki, Tanrı bizə bu sevinci yaşamağı, bölüşməyi nəsib etdi.

Amma bizim arzumuz Cəbrayılla, Böyük Mərcanlı ilə bitmir. İşğal altında olan son qarış torpağımız azad olunana qədər gözümüz yoldadır. Əminəm ki, ordumuz bu sevinc hissini bizə tezliklə yaşadacaq. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onları vətənpərvər övlad kimi yetişdirən anaların əllərindən öpürəm".
Uşaqlıq xatirələri Böyük Mərcanlıda qalan, ata yurdunun azad olunma sevincini yaşayan digər həmkarımız isə jurnalist Nüşabə Hüseynlidir. Sputnik Azərbaycan-a müsahibəsində Nüşabə Hüseynli üç gündür ki, sevinc göz yaşları içərisində olduğunu söylədi: "Mənim uşaqlıq xatirələrim əsasən Böyük Mərcanlı ilə bağlıdır. Biz ailəliklə canımız, qanımızla o torpağa bağlıyıq. Atam ağır xəstəlikdən sonra yaddaşını itirmişdi. Bizim adımızı belə unutmuşdu. Bircə öz kəndini unutmamışdı. Elə hey deyirdi ki, məni qatara mindirib Böyük Mərcanlıya yola salın. Çox təəssüf ki, atam bu günü görə bilmədi".

N.Hüseynli Böyük Mərcanlıya gedəcəyi günü səbirsizliklə gözlədiyini söyləyir: "O torpaqlardan çıxdığımız vaxtdan 30 ilə yaxın vaxt keçib. Amma mənə elə gəlir ki, o kəndə getsəm, məhəlləmizə, ağaclarımıza qədər tapa bilərəm. Arzum Böyük Mərcanlıda nənə evimi ziyarət etməkdir. Nənəmgilin həyətində böyük ərik ağacı vardı. Yaşıllıqlar içərisində böyük bir həyət idi. Oradakı ərik ağacının altında o qədər xatirələrim var ki... Mən uşaqlığımı xatırlayanda bütün xatirələrim mənə o torpaqdan boylanır. Onlara qovuşmaq, ərik ağacının, qalıbsa, altında, qalmayıbsa, yerində oturub o günləri yenidən xatırlamaq üçün o qədər darıxmışam ki... Bunu sözlə ifadə etmək çox çətindir. Arzum budur ki, mənim kimi uşaqlıq xatirələri işğal olunmuş torpaqlarda qalan hər kəs o günlərini boya-başa çatdığı, gülüb-oynadığı yerlərdə xatırlaya bilsin".

İllərdir ki, işğal altında olan kəndinin nəhayət ki, azad olunduğu xəbərinin sevincini Vətəndən kənarda yaşayanlar da var. Türkiyədə yaşayan Şeyda Nəsibli öz hisslərini Sputnik Azərbaycan-a göz yaşları içərisində bölüşdü. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulan Şeyda Nəsibli kəndinin azad olunma xəbərini eşidəndə şok yaşadığını söyləyir: "Bu xəbəri alanda içimdən öz doğmalarıma sarılıb möhkəm hönkürmək, illərdir ki, içimdə saxladığım Vətən nisgilini hayqırmaq keçdi. Amma mən Vətəndən uzaqda, ikinci Vətən sayılan Türkiyədə yaşadığımdan, yanımda valideynim yoxdur. Bu xəbəri eşidəndən üç gündür ki, ağlayıram. İnsanın bir doğması dünyadan köçəndə nə iləsə təsəlli tapıb sakitləşir. Amma torpaq əldən gedəndə onun bir təsəllisi olmur. 27 ildir ki, mən təsəlli tapmadan yaşayıram. Bu ağrı-acını içimdə saxlayıram.

Mən öz kəndimin azad olunması ilə artıq xoşbəxt olduğumu, tam sevindiyimi söyləyə bilmirəm. Son kəndimiz azad olunana qədər biz tam sevinə bilmərik. Çünki o torpaqlarda bizim millətimizin qanı tökülüb.
Mən 20 yaşımda öz kəndimizdən çıxmışam. İllərdir ki, uşaqlığımın keçdiyi torpağa həsrət yaşayıram. Oynadığın, böyüdüyün torpağa toxuna bilməmək böyük faciədir. Biz torpağımızı itirməklə bir mədəniyyətimizi, el mədəniyyətimizi itirdik. Bizim dadımız, duzumuz o torpaqlarda qaldı. Bakıya gəlib xoşbəxt olmadıq. Torpaq itkisi bizə çox ağır zərbə oldu. İnşallah, torpaqlarımız işğaldan azad olunacaq. Biz viran qalmış torpağımızda yenidən qurub-yaratmağa hazırıq. Mən buradan quş kimi uçub kəndimizi görməyə getmək istəyirəm. İnşallah, icazə verilən kimi doğma kəndimizi görməyə gələcəm. İllərdir ki, ürəyimdə bir arzum var. Öz doğulduğum kəndin hələ də unutmadığım ətrini içimə çəkib torpağından öpmək... Allah bunu arzusunda olan bütün məcburi köçkünlərimizə yaşatsın!"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vaqif Bəhmənlinin arzusu isə Füzuli rayonunu işğaldan azad görmək, Füzulinin "Araz" qəzetinin nəşr olunduğu redaksiyada yenidən şeir kitabı çap etdirməkdir: "Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi xəbərlərini eşitdikcə ürəyim fərəhlə dolur. Mən camaatımızın dilindən bir söz eşidirəm - "Hamımız Ali Baş Komandanın əks-hücum əmrini gözləyirdik". Bu, Qarabağa Azərbaycan xalqının çağırışıdır. Mən burada bir dəqiqə belə dayanmaq istəmirəm. İstəyirəm, gedib əsgərlərimizə ürək-dirək verək, ruhlandıraq. Bütün qələm əhlini səsləyirəm ki, əsgərlərimizin yanında olaq, onlara xeyir-dua verək. Bu saat Azərbaycan ordusu elə böyük ruh yüksəkliyindədir ki, bu sıçrayışın qarşısını heç nə ala bilməz. İnsanın bir yerində zədə olanda sağalmayınca ağrı azalmır. Biz 30 ilə yaxındır ki, bu ağrı ilə yaşayırıq. Mən 5 ilə yaxındır, heç kəsə müsahibə vermirəm. Amma bu gün elə bir gündür ki, sevincimdən saatlarla danışmaq, bu sevinci paylaşmaq istəyirəm.

Böyük Bəhmənlidə yaşayanda 7-ci sinifdən avtobusa minib 40 kilometr yol gedərək şeirlərimi Füzulinin "Araz" qəzetində çap etdirirdim. Yəqin ki, o tarixi bina uçub-tökülüb. Mənim Füzuli işğaldan azad olunduqda ilk gedəcəyim yer o redaksiya olacaq. Hətta hazıram ki, o redaksiyanın bərpası üçün ustalarla bərabər işləyim, daş daşıyım, bərpasına kömək edim".
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd sakini Umud Mirzəyev isə sevincinin sözlə ifadə olunmadığını söyləyir. Deyir ki, ən böyük qələbəmizi son qarış torpaqlarımız azad olunduqdan sonra yaşayacağıq: "Arzumuz budur ki, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı - külli Qarabağ azad olunsun. İnsanın yurd-yuvasından qiymətli həyatda heç nə ola bilməz. Hər kəsin doğulduğu yurd onun ana beşiyidir. Mən Tanrıdan diləyirəm ki, Allah əsgərlərimizin üzərində yar olsun, onlara qüvvət versin. Ancaq Ali Baş Komandanın komandaları irəliyə doğru olsun. İşğal olunmuş torpaqlarda bayrağımız dalğalansın. Məni tanıyanlar bilirlər ki, mənim bütün səylərim bu işğal faktının aradan qaldırılmasına, Qarabağın əvvəlki təravətinin qayıtması uğrunda olub. Orada ilk görəcəyim iş ata yurdumu bərpa etmək olacaq. Əminəm ki, biz işğal olunmuş bütün torpaqlarımızda ata yurdumuzun çırağını yenidən yandıracağıq!"

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. Hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52
“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38
Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08
“Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00
“AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59
Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54
Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47
Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43
Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36
Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28
Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14
Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12
6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06
“Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00
`AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57
Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50
Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49
Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40
Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30
Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Bu gün, 07:29
Tramp Rusiyaya böyük sürpriz hazırlayır - Röyters
Bu gün, 07:24
Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır - Novella Cəfəroğlu
Bu gün, 07:22
Sərkisyan və Paşinyanı birləşdirən hadisə - O gizli sənədlər ortaya çıxarsa...
Bu gün, 07:20
Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdı - “Bloomberg”
Bu gün, 07:17
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru