
Donald Tramp Moskva ilə əlaqələri bərpa etməyə və Ukraynada müharibəyə son qoymağa çalışdığı bir vaxtda ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb.
Bildirilir ki, məhdudiyyətlərin yumşaldılması ABŞ administrasiyası ilə Moskva arasında diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılmasına dair daha geniş danışıqlar zamanı müzakirə oluna bilər.