Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb .....                     Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Bəzi mahnılar var ki, özü yazır" .....                     Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir .....                     Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın .....                     ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər .....                     "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib .....                     İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır .....                     İrəvandan sülh açıqlaması: .....                     Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı .....                     Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... .....                     “Asan İmza” .....                     "Bolkart debet kartdan imtina edirəm..." .....                     Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır .....                     Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin .....                     "Məqalələr yazmışam, TV verilişləri aparmışam" .....                     Kollecin direktoru işdən çıxarıldı .....                     Ukraynalı deputatdan Zelenskiyə çağırış: .....                     Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi .....                     Təbriz və Zəncanda yenidən etirazlar başladı .....                     Vardanyan susqunluq "şou"ları: .....                     “Real Ermənistan” üçün real addım gözləntisi... .....                     "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" .....                     Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... .....                     Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... .....                     Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… .....                     "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." .....                     “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” .....                     “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... .....                     Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur .....                     Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR .....                     Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb .....                     Musa Kılıç saxta diplomla çalışır? .....                     "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb .....                     Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... .....                     Od çərşənbəsində ətrafa OD QOYMAYIN... .....                     «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... .....                     Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox .....                     Ödənişli əmək məzuniyyəti... .....                 

Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 09:00 | Çap et
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri...
Dünya Bankı (DB) 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırır. Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4 faizə, 2027-ci ildə 2,3 faizə, 2028-2029-cu illərdə isə 2,2 faizə qədər azalacaq. Nəticədə, 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4 faiz artacaq.

Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı (“Şahdəniz” yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək. İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4 faiz səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.

Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş Rəqabət Məcəlləsi və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.

Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir: “Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır”.

Daha bir beynəlxalq maliyyə qurumu olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır. Bankın proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı 3 faizə, 2026-cı ildə isə 2.5 faizə qədər yavaşlayacaq. Bununla belə, ölkənin iqtisadi perspektivi neft və qaz qiymətlərindəki dəyişkənliklərə, eləcə də regional geosiyasi proseslərə qarşı yüksək dərəcədə həssas olaraq qalır.

AYİB-də hesab edirlər ki, ortamüddətli dövrdə Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Transxəzər Nəqliyyat Dəhlizi (Orta dəhliz) vasitəsilə artan ticarətdən faydalana bilər. Bundan əlavə, infrastruktur, kənd təsərrüfatı və müdafiə sahələrinə yönəldilən dövlət investisiyalarının dəstəyi ilə ictimai istehlakın artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ölkədə 3,5 faizlik, Mərkəzi Bank isə 3,3 faizlik iqtisadi artım proqnozlaşdırıblar. S&P Global Beynəlxalq reytinq agentliyi 2025-2026-cı illərdə Azərbaycanda iqtisadi artımın orta hesabla illik 2 faiz, Fitch Rating - 2025-ci ildə 3 faiz və 2026-cı ildə 2,4 faiz, Moody’s illik 2,5 faiz, Niderlandın ING bankı isə 2025-ci ildə 2,6 faiz, gələn il 2,8 faiz təşkil edəcəyini gözləyir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin yanvar ayında Azərbaycanda 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Azərbaycanda 5 faizlik ÜDM artımı qeydə alınmışdı. Qeyd olunan dövrdə neft-qaz sektorunda 2,6 faiz azalmaya qarşı, qeyri-neft-qaz sektorunda 12,3 faiz artım olmuşdu. Bu isə o deməkdir ki, bu ilin yanvarında neft-qaz sektorunda azalma 1,5 dəfəyə yaxın sürətlənib, qeyri-neft-qaz sektorunda artım isə 12 dəfədən çox yavaşıyıb.

ÜDM-in strukturunda ən böyük paya malik olan sənaye sektorunda bu il istehsalın azalması 2,6 faiz təşkil edib. Ötən ilin eyni dövründə göstərici -1,5 faiz idi. Sənayenin strukturunda mədənçıxarma sənayesi ötən il 66,6 faiz, bu il isə 61 faiz təşkil edib. Ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,4 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,3 faiz azalmışdı. Bu zaman sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,3 milyard kub metr təşkil etmişdi. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdı.

2025-ci ilin yanvarında isə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz azalıb. Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.

Beləliklə, aydın olur ki, bu il neftlə yanaşı, qaz hasilatında da azalma qeydə alınıb. Qaz hasilatındakı azalma “Şahdəniz” yatağında hasilatın 10 günə yaxın dayanması ilə bağlıdır. Belə ki, yanvarın 10-da yatağın işlənməsi layihəsinin operatoru BP-Azərbaycan şirkəti “Şahdəniz Alfa” platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra “BP-Azərbaycan” şirkəti “Şahdəniz Alfa” platformasından hasilatı bərpa edib.

Platformada hasilatın dayanması “Şahdəniz”dən hasilatın illik ifadədə 400 milyon kubmetr azalmasına səbəb olub. Bu isə ölkə üzrə ÜDM artımında 0,9 faizlik azalmanın başlıca səbəblərindən biridir.

Qeyd edək ki, neft-qaz sektorunda hasilatın azalması Azərbaycan hökumətinin proqnozlarında da əksini tapıb. “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alan proqnoza əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasilatı 28,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 38,4 milyard kubmetr olacaq, 2028-ci ildə isə qeyd olunan göstəricilər müvafiq olaraq 26,7 milyon tona və 36,6 milyard kubmetrədək azalacaq. Beləliklə də 2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi neft-qaz sektorunun azalmasına səbəb olacaq. Bu isə ölkə üzrə iqtisadi artım dinamikasına ciddi təsir göstərəcək. Bu təsirin qarşısının alınması, iqtisadi artım sürətinin saxlanması üçün qeyri-neft sektorunda ciddi investisiya qoyuluşlarına ehtiyac var. 2025-ci ilin ilk ayında bu sahədə çox kəskin azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 787,0 milyon manat və ya 2024-cü ilin yanvar ayı ilə müqayisədə 50,0 faiz, yaxud iki dəfə az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olub.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 553,0 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilmişdr. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artmışdı.

Göründüyü kimi, bu ilin yanvarında qeyri-neft-qaz sektoruna yatırımlarda azalma 2 dəfədən də çoxdur. Bu isə yaxın və davamlı olarsa, ortamüddətli dövrdə iqtisadi artıma nail olunmasını mümkünsüz hala gətirə bilər. Belə ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə dünya neft bazarında böyük təlatümlər yaşanmaqdadır. Xüsusilə Trampın Venesuela neftinin bazara qayıtması üçün bu ölkəyə Bayden administrasiyasının tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq planları neft bazarı üçün çox təhlükəli perspektivlər vəd edir. Analitiklərə görə, Venesuelanın neft ixracını hətta 50 faiz həddində bərpa etməsi dünya bazarında qiymətləri 55 dollardan da aşağı sala bilər. Bu isə dövlət büdcəsini neftin 70 dollarlıq qiyməti ilə hesablayan Azərbaycan üçün yalnız iqtisadi azalma deyil, həm də büdcə proqnozlarına əməl olunması sahəsində böyük problemlər yarada bilər.

Dünya bazarında neft qiymətlərinin kəskin azalması baş verərsə, Azərbaycan hökumətinin yaranacaq çağırışlara hansısa cavab tədbirləri hazırlayıb-hazırlamadığı məlum deyil: hər halda, bu barədə hansısa açıqlama verilməyib. Lakin ekspertlərə görə, hökumət vaxt itirmədən ölkənin qeyri-enerji sektoruna investisiya axınını təmin etmək üçün çox ciddi və kompleks islahatlara getməli, sözün həqiqi mənasında, açılım etməlidir. Əks halda, 2015-2016-cı illərdəki kimi böhrandan qaçmaq mümkün olmayacaq.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18
"Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11
Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59
İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51
Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46
“Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36
"Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23
Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20
Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16
"Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13
Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11
Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07
Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05
Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03
Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52
“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38
Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08
“Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00
“AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59
Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54
Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47
Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43
Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36
Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28
Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14
Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12
6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06
“Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00
`AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57
Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50
Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49
Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40
Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru